Yardımlı Rayon Mərkəzi Xəstəxanası

Yardımlı Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

16/03/2026

Uşaqların sosial bacarıqlarının inkişafı…

Uşaqların sosial bacarıqları onların cəmiyyətə uyğunlaşması, sağlam münasibətlər qurması və özünü düzgün ifadə etməsi üçün çox vacibdir. Erkən yaşlardan etibarən ünsiyyət, dostluq bağı qurmaq, paylaşmaq, başqalarının hisslərini anlamaq və s. kimi bacarıqların inkişafı uşağın həm məktəb həyatında, həm də sonrakı dövrlədə ciddi rol oynayır.

Valideynlərin uşaqlarla keyfiyyətli vaxt keçirməsi, onların fikirlərini dinləməsi və müxtəlif sosial mühitlərdə (oyun, qrup fəaliyyətləri və s.) iştirakına şərait yaratması bu bacarıqların formalaşmasına müsbət təsir göstərir. Sosial bacarıqları güclü olan uşaqlar özünə daha çox güvənir, problemləri daha asan həll edir və sağlam münasibətlər qurmağı bacarır.

Uşaqların sosial bacarıqları ən çox ailədə gördüyü ünsiyyət və münasibətlərin içində formalaşır.

Çalışın onlara yaxşı nümunə olun!

16/03/2026
13/03/2026
🏫 “Dərsimiz - Sağlamlıq” Yardımlı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə rayonumuzun təhsil müəssisələrində tibbi ma...
13/03/2026

🏫 “Dərsimiz - Sağlamlıq”

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə rayonumuzun təhsil müəssisələrində tibbi maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə növbəti “Dərsimiz — Sağlamlıq” proqramı Yardımlı şəhər Çayüzü kənd tam orta ümumtəhsil məktəbdə həyata keçirilir.
❄️ Qış xəstəlikləri niyə artır?
Qış aylarında məktəblərdə ən çox rast gəlinən xəstəliklər tənəffüs yollarının kəskin infeksiyalarıdır. Soyuqdəymə, qrip, boğaz və bronx iltihabları əsasən viruslar səbəbindən yaranır və hava-damcı yolu, eləcə də çirkli əllər vasitəsilə yayılır. Qapalı məkanlarda daha çox vaxt keçirmək yoluxma riskini artırır.
🤧 Soyuqdəymənin əsas səbəbi nədir?
Soyuq hava təkbaşına xəstəlik yaratmır. Lakin üşümə, düzgün geyinməmək, yuxusuzluq, stress və vitamin çatışmazlığı immuniteti zəiflədir, nəticədə viruslar orqanizmə daha asan daxil olur.
🛡️ İmmunitet – sağlamlığın əsas qalxanı
Güclü immunitet xəstəliklərin qarşısını alır və ya onların yüngül keçməsini təmin edir. Zəif immun sistem isə tez-tez və ağır xəstələnməyə səbəb olur.
🍎 İmmuniteti necə gücləndirək?
✔️ Sağlam və balanslı qidalanma
✔️ Meyvə-tərəvəz, C vitamini və zülal qəbulu
✔️ 8–9 saat keyfiyyətli yuxu
✔️ Fiziki aktivlik və açıq havada vaxt keçirmək
✔️ D vitamini səviyyəsinin həkim nəzarətində saxlanması
🧼 Qorunma yolları (profilaktika):
🔹 Əllərin tez-tez yuyulması
🔹 Sinif otaqlarının havalandırılması
🔹 Şəxsi əşyaların paylaşılmaması
🔹 Öskürək və asqırıq etiketi
🔹 Xəstə şagirdlərin evdə qalması
✅ Nəticə:
Qış xəstəlikləri qaçılmaz deyil. Düzgün məlumat, sağlam vərdişlər və vaxtında profilaktika ilə sağlam qalmaq mümkündür. Unutmayaq: sağlamlıq bizim seçimimizdir!
🏥 Yardımlı Rayon Mərkəzi Xəstəxanası
— sağlam gələcək üçün maarifləndirir.

🩺 Səyyar tibbi xidmət təşkil olunduBozayran kəndində əhali üçün səyyar həkim qəbulu həyata keçirildi. Vətəndaşlar müxtəl...
12/03/2026

🩺 Səyyar tibbi xidmət təşkil olundu
Bozayran kəndində əhali üçün səyyar həkim qəbulu həyata keçirildi. Vətəndaşlar müxtəlif ixtisaslı həkimlər tərəfindən müayinə olundu və onlara tibbi məsləhətlər verildi.
👩‍⚕️ Qəbul aparan həkimlər:
• Ümumi cərrah
• Pediatr
• Ginekoloq
• Terapevt
📌 Müayinələr zamanı vətəndaşların ümumi sağlamlıq vəziyyəti qiymətləndirildi, zəruri hallarda əlavə müayinələr və müalicə tövsiyə olundu.
Səyyar tibbi xidmətin əsas məqsədi ucqar kəndlərdə yaşayan əhalinin tibbi xidmətə əlçatanlığını artırmaq və onların sağlamlığının qorunmasına dəstək olmaqdır.

12/03/2026

Bu gün Ümumdünya Böyrək Günüdür!

Böyrəklər orqanizmdə zərərli maddələrin xaric olunmasında, su-duz balansının saxlanılması və ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.

Onların sağlam qalması üçün:

💧 Kifayət qədər su için;
🥦 Sağlam qidalanın, duz və şəkəri məhdudlaşdırın;
🏃‍♂️ Aktiv həyat tərzi keçirin;
🩺 Müntəzəm tibbi müayinələrdən keçin.

Böyrəklərinizi qoruyun, sağlamlığınızı gücləndirin!

12/03/2026

Erkən diaqnoz - sağlam gələcək

Polistik yumurtalıq sindromu (PYS) təkcə hormonal problem deyil, bu vəziyyət gələcəkdə şəkərli diabet riskini artıran ciddi siqnaldır.

PYS zamanı orqanizmdə tez-tez insulinə qarşı müqavimət yaranır. Bu isə qanda şəkərin yüksəlməsinə, zamanla 2-ci tip diabetin inkişafına səbəb ola bilər. Hətta gənc yaşlarda belə risk arta bilər.

Xüsusilə diqqət yetirilməli əlamətlər:

• Səbəbsiz çəki artımı və ya arıqlama çətinliyi;
• Hormonal tarazlığın pozulması;
• Daimi yorğunluq və şirin qidalara meyil;
• Dərinin qaralması (boyun, qolaltı nahiyələrdə);
• Dəridə sızanaq, yağlılıq;
• Saç tökülməsi və s.

PYS nəzarət altına alındıqda diabet riski də azaldıla bilər. Sağlam qidalanma, müntəzəm fiziki aktivlik, çəkidə nəzarət və həkim müşahidəsi bu riskin qarşısını almaqda əsas rol oynayır.

PYS əlamətləri varsa, gecikmədən mütəxəssisə müraciət etməyiniz tövsiyə olunur.

12/03/2026

Ramazan ayında su balansını qorumağı unutmayın! 🌙

💧İmsak vaxtı kifayət qədər su qəbul etmək gün ərzində susuzluğun qarşısını almağa kömək edir. Bu səbəbdən ev şəraitində hazırlanmış az şəkərli limonad, ayran və meyvə kompotu kimi içkilərə üstünlük vermək daha faydalıdır. Unutmayın ki, çay və qəhvə orqanizmin su ehtiyacını tam qarşılamır. Susuzluq isə halsızlıq, baş ağrısı və əzələ spazmları kimi narahatlıqlara səbəb ola bilər.

İmsakda qidalanma üçün əsas tövsiyələr:
🔹 İmsakdan təxminən yarım saat əvvəl iki stəkan su içmək tövsiyə olunur;
🔹 Uzun müddət tox saxlayan və enerji verən qidalara üstünlük verin;
🔹 Liflə zəngin qidaları menyunuza əlavə edin;
🔹 Duzlu və çox ədviyyəli qidalardan uzaq durun;
🔹 Boyat və ağır yeməklərdən çəkinin;
🔹 Süd, şit pendir, qaymaq, yumurta, tərəvəzlər, yarma plovu və şorba kimi qidalar yaxşı seçimdir;
🔹 Orqanizmdə suyun saxlanmasına kömək edən qidalara üstünlük verin;
🔹 Qara çay və qəhvə kimi kofeinli içkilərin yerinə bitki çayları və az şəkərli kompotlar qəbul edin.

Allah Ramazan ayında tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin! 🤲

11/03/2026

Narkotik maddə müvəqqəti çıxış yolu kimi görünsə də, o səni yaşatmaz!

Ölümü sürətləndirən ən ağır vasitədən uzaq ol! Çox yaşa!

11/03/2026

“Səssiz deformasiya – skolioz”

Skolioz onurğa sütununun yan istiqamətdə əyilməsi və fəqərələrin rotasiyası ilə xarakterizə olunan deformasiya xəstəliyidir.

Respublika Klinik Xəstəxanasının həkim-travmatoloq-ortopedi Eldar Əsədli bildirir ki, skolioz müxtəlif səbəblərdən meydana çıxa bilər:

“Skolioz, əsasən, idiopatik, anadangəlmə (kongenital) – fəqərə inkişaf qüsurları, nevroloji xəstəliklərə bağlı (məsələn, serebral iflic, spina bifida), əzələ xəstəlikləri, travma və ya şişlər, degenerativ dəyişikliklər səbəbindən yaranır.

Skolioz ən çox 10-16 yaş arası yeniyetmələrdə, xüsusilə böyümə dövründə olan uşaqlarda müşahidə olunur. Yüngül əyriliklər oğlan və qızlarda oxşar tezlikdə rast gəlinir. Lakin proqressiv və ağır formalar qızlarda 4-6 dəfə daha çox müşahidə edilir”.

Binəqədi Tibb Mərkəzinin həkim-travmatoloq-ortopedi Azər Qasımov vurğulayır ki, müalicə üsulu əyilmənin dərəcəsinə və pasiyentin yaşına görə müəyyən edilir:

“İlk növbədə müşahidə aparılmalıdır. Əyrilik 20 dərəcədən azdırsa, hər 6 aydan bir rentgen nəzarəti kifayət edir. Korset müalicəsi də istifadə olunan müalicə üsullarındandır ki, əgər əyrilik 20-40 dərəcə arasındadırsa və böyümə davam edirsə, əyriliyin artmasının qarşısını almaq üçün xüsusi korsetlərdən istifadə olunur. Fizioterapiya və Şrot metodu isə onurğa ətrafındakı əzələləri gücləndirmək üçün tətbiq edilən müalicə üsullarındandır. Əyrilik dərəcəsi 40-ı keçərsə, bu zaman cərrahi əməliyyat tövsiyə olunur”.

Respublika Klinik Xəstəxanasının həkim-travmatoloq-ortopedi Eldar Əsədli bildirir ki, cərrahi əməliyyat üçün xüsusi yaş limiti yoxdur. Əsas meyar sümük böyüməsinin vəziyyəti, əyriliyin sürəti və klinik göstəricilərdir:

“Adətən, əməliyyat yeniyetmə dövründə və ya yetkin yaşda klinik göstəriş olduqda aparıla bilər. Hər xəstə fərdi şəkildə qiymətləndirilməlidir.

Əyrilik dərəcəsi 45-50 dərəcədən yuxarı olduqda, həmçinin əyriliyin sürətli proqressiyası, tənəffüs və ürək funksiyasına təsiri müşahidə edildikdə, güclü ağrı və ya nevroloji əlamətlər, ciddi estetik deformasiya müşahidə olunduqda cərrahi müdaxilə vacib hesab edilir”.

Binəqədi Tibb Mərkəzinin həkim-travmatoloq-ortopedi Azər Qasımovun sözlərinə görə, skoliozun qarşısını tam almaq mümkün olmasa da, fəsadları azaltmaq və skoliozun azalmasının qarşısını almaq mümkündür:

“Məktəb yaşlı uşaqların müayinəsi mütləqdir. Valideynlər övladının çiyin səviyyələrini və kürək sümüklərinin simmetriyasını mütəmadi yoxlamalıdır. Hər hansı narahatlıq müşahidə olunarsa, həkim-mütəxəssislərə müraciət etmək vacibdir. Masa arxasında və ya telefon istifadə edərkən onurğanı düz saxlamaq, üzgüçülük və digər idman növləri ilə məşğul olmaq onurğa sütununun simmetriyasında və sağlamlığında önəmli rol oynayır”.

Unutmayın ki, skoliozun vaxtında və düzgün diaqnostikası xəstəliyin erkən dövrdə qarşısının alınmasında, həmçinin inkişaf etməməsində əhəmiyyətli rol oynayır.

11/03/2026

📌 “İcbari Tibbi Sığorta ilə göstərilən radioloji xidmətlər”

🗓️ 11.03.2026 | ⏰ Saat 16:30
📺 REAL TV | 🩺 “İNSAN”

İcbari tibbi sığorta ilə hansı radioloji müayinələr edilir? MRT və KT müayinələri sığorta ilə mümkündürmü? Radioloji müayinə üçün müraciət qaydası necədir?

Qonaqlar:

Sevinc Nəsirova
TƏBİB-in İxtisaslı tibbi xidmətlər şöbəsinin böyük məsləhətçisi.

Səidə Nəzərova
İTSDA-nın Dövlət tibb müəssisələrinin ekspertizası şöbəsinin aparıcı məsləhətçisi.

📺 Canlı yayımı 11 mart saat 16:30-da izləməyi unutmayın.

Address

Heydər Əliyev, 224
Yardımlı
6500

Alerts

Be the first to know and let us send you an email when Yardımlı Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yardımlı Rayon Mərkəzi Xəstəxanası:

Share