Yevlax Rayon Mərkəzi Xəstəxanası

Yevlax Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Qış aylarında uşaqlar arasında virus infeksiyalarının yayılması artır. Bu dövrdə şəxsi gigiyenaya riayət etmək, əlləri t...
30/01/2026

Qış aylarında uşaqlar arasında virus infeksiyalarının yayılması artır. Bu dövrdə şəxsi gigiyenaya riayət etmək, əlləri tez-tez yumaq və otaqları havalandırmaq vacibdir.

Hərarət, öskürək və burun axıntısı kimi əlamətlər olduqda uşağın evdə istirahət etməsi və pediatra müraciət olunması tövsiyə edilir. Vaxtında görülən tədbirlər xəstəliyin ağırlaşmasının qarşısını alır.

30/01/2026
Bel ağrıları ən çox uzun müddət hərəkətsiz qalmaq, düzgün olmayan oturuş və ağır yüklənmələr nəticəsində yaranır. Gün ər...
29/01/2026

Bel ağrıları ən çox uzun müddət hərəkətsiz qalmaq, düzgün olmayan oturuş və ağır yüklənmələr nəticəsində yaranır. Gün ərzində kompüter qarşısında səhv mövqedə oturmaq və ya ani hərəkətlər bel nahiyəsində əzələlərin gərginləşməsinə səbəb ola bilər.

Bəzən stress, artıq çəki və fiziki aktivliyin azlığı da bel ağrılarını artıran amillər sırasındadır. Ağrılar davamlı xarakter alırsa, səbəbin dəqiqləşdirilməsi üçün həkimə müraciət etmək vacibdir.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında tibb personalı üçün “Yıxılma riskinin qarşısının alınması” mövzusunda maarifləndiric...
28/01/2026

Yevlax Rayon Mərkəzi Xəstəxanasında tibb personalı üçün “Yıxılma riskinin qarşısının alınması” mövzusunda maarifləndirici təlim keçirilib.

Təlimdə İtaki və Harizmi sistemlərinin iş prosesində effektiv istifadəsi və tətbiq zamanı yarana biləcək suallara aydınlıq gətirilib.

Keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri Nigar Qasımova İtaki sistemi üzrə pasiyent məlumatlarının idarə olunması, gündəlik qeydlər və həkim–tibb bacısı modullarının istifadəsi barədə məlumat verib.
İnteraktiv formatda keçirilən təlim iştirakçıların aktiv müzakirələri ilə yadda qalıb.

Bu cür təlimlər rəqəmsal sistemlərin səmərəli tətbiqinə və pasiyent məmnuniyyətinin artırılmasına töhfə verir.

❓️Stasionar müalicə icbari tibbi sığorta ilə qarşılanırmı?✔️Bəli. Tibbi göstəriş olduqda stasionar müalicə icbari tibbi ...
28/01/2026

❓️Stasionar müalicə icbari tibbi sığorta ilə qarşılanırmı?

✔️Bəli. Tibbi göstəriş olduqda stasionar müalicə icbari tibbi sığorta çərçivəsində qarşılanır və Xidmətlər Zərfinə daxil olan hallarda əlavə ödəniş tələb olunmur.

 Abduləlimova Şəfəq Zahid qızı 1956-cı ildə Şəki şəhərində anadan olub.1973-1979-cu illərdə Azərbaycan Tibb Universiteti...
27/01/2026



Abduləlimova Şəfəq Zahid qızı 1956-cı ildə Şəki şəhərində anadan olub.

1973-1979-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.

1979-1980-ci ildə 1 saylı Şəhər Kliniki Xəstəxanasında internatura təhsili alıb.

1981-1991-ci illərdə Yevlax Rayon Poliklinikasında həkim-terapevt kimi çalışıb.

1991-2017-ci ildə Yevlax Rayon Poliklinikasının Dəri-zöhrəvi xəstəlikləri şöbəsində həkim-dermatoveneroloq kimi fəaliyyət göstərib.

1998-2017-ci illərdə Yevlax Rayon Poliklinikasının Dəri-zöhrəvi xəstəliklər şöbəsinin müdiri kimi çalışıb.

2017-ci ildən etibarən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir.

Təbibimizə fəaliyyətlərində uğurlar arzulayırıq!

Arterial təzyiqin nəzarətsiz qalması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Duzlu qidalardan uzaq durmaq, müntəz...
27/01/2026

Arterial təzyiqin nəzarətsiz qalması ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Duzlu qidalardan uzaq durmaq, müntəzəm fiziki aktivlik, stressin azaldılması və dərmanların həkim məsləhəti ilə qəbulu təzyiqin tənzimlənməsində vacib rol oynayır.

Unutmayın, təzyiqi mütəmadi ölçmək və həkim nəzarətində olmaq sağlamlığın əsas şərtidir.

ASM bölmələrinin 2025-ci il üzrə fəaliyyətinə dair yekun hesabat təqdim olunub.Keçirilən görüşdə ASM bölmələrinin rəhbər...
26/01/2026

ASM bölmələrinin 2025-ci il üzrə fəaliyyətinə dair yekun hesabat təqdim olunub.

Keçirilən görüşdə ASM bölmələrinin rəhbərləri, baş həkim Gülağa Əzizov eləcə də İSX-nin şöbə müdiri Seymur Mahmudov iştirak ediblər. Tədbir zamanı 2025-ci il ərzində ASM bölmələrinin fəaliyyəti, göstərilən tibbi xidmətlərin keyfiyyəti, əhaliyə göstərilən xidmətlərin əlçatanlığı və əldə olunan əsas göstəricilər üzrə hesabatlar dinlənilib.

Eyni zamanda mövcud problemlər, onların həlli yolları, eləcə də qarşıdakı dövr üçün prioritet istiqamətlər və fəaliyyət planları müzakirə olunub.

Görüşün sonunda ASM bölmələrinin işinin daha da təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və koordinasiyanın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Radioloji müayinələr xəstəlikləri erkən mərhələdə aşkar etməyə imkan verir.Vaxtında aparılan görüntüləmə düzgün diaqnoz ...
23/01/2026

Radioloji müayinələr xəstəlikləri erkən mərhələdə aşkar etməyə imkan verir.

Vaxtında aparılan görüntüləmə düzgün diaqnoz və müalicə üçün vacibdir.

Sağlamlığınızı qorumaq üçün müayinələri gecikdirməyin.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında “Nazokomial infeksiyalar” mövzusunda maarifləndirici təlim keçirilibTəlim Yevlax Şəh...
23/01/2026

Yevlax Rayon Mərkəzi Xəstəxanasında “Nazokomial infeksiyalar” mövzusunda maarifləndirici təlim keçirilib

Təlim Yevlax Şəhər Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevti Ayşən Rzayeva tərəfindən aparılıb.

Təlim zamanı nazokomial infeksiyaların anlayışı, yayılma yolları, risk amilləri və onların qarşısının alınması üsulları barədə səhiyyə işçilərinə ətraflı məlumat verilib. Eyni zamanda, tibb müəssisələrində infeksiyaların profilaktikasının gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının vacibliyi vurğulanıb.

Təlimin əsas məqsədi səhiyyə işçilərinin bu sahədə bilik və praktiki bacarıqlarının artırılması, pasiyent təhlükəsizliyinin təmin olunması və infeksiya risklərinin minimuma endirilməsidir.

Anemiya (qanazlığı)- qanda hemoqlobinin normadan aşağı olması ilə xarakterizə olunan haldır. Bu zaman orqanizm toxumalar...
22/01/2026

Anemiya (qanazlığı)- qanda hemoqlobinin normadan aşağı olması ilə xarakterizə olunan haldır. Bu zaman orqanizm toxumaları kifayət qədər oksigenlə təmin edə bilmir.

Tez yorulma, halsızlıq, başgicəllənmə və solğunluq anemiyanın ən çox rast gəlinən əlamətlərindəndir.

Vaxtında müayinə və düzgün qidalanma anemiyanın qarşısının alınmasında mühüm rol oynayır.

❓️Müayinələr üçün hansı sənədlər tələb olunur?✔️Müayinələr üçün şəxsiyyət vəsiqəsi təqdim olunması kifayətdir. Zərurət y...
22/01/2026

❓️Müayinələr üçün hansı sənədlər tələb olunur?

✔️Müayinələr üçün şəxsiyyət vəsiqəsi təqdim olunması kifayətdir. Zərurət yarandıqda həkim tərəfindən əlavə tibbi sənədlər və əvvəlki müayinə nəticələri də tələb oluna bilər.

Address

Yevlax şəhəri, Ceyhun Mustafayev Küçəsi 105
Yevlakh
AZ6600

Telephone

+994223364592

Website

Alerts

Be the first to know and let us send you an email when Yevlax Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Yevlax Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category