Zaqatala səhiyyə

Zaqatala səhiyyə Zaqatala səhiyyə

24/12/2024

24 dekabr - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür!

Prezident İlham Əliyev: “Səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir”.

06/09/2024
16/04/2024

Siz tələsərkən onlar gecikir…

TƏBİB sürücüləri təcili yardım avtomobillərinə yol verməyə çağırır.

Bu postu paylaşmaqla sən də həyat xilas edə bilərsən!

🚑

❗️ Qızılca hava-damcı yolu ilə yayılan xəstəlikdir;❗️ Xəstəlik ağırlaşmalara, hətta ölümə səbəb olur;❗️ Peyvənd olunmamı...
04/12/2023

❗️ Qızılca hava-damcı yolu ilə yayılan xəstəlikdir;

❗️ Xəstəlik ağırlaşmalara, hətta ölümə səbəb olur;

❗️ Peyvənd olunmamış uşaqlar və hamilə qadınlarda xəstəlik daha ağır keçir;

✅ Qızılcadan qorunmağın ən effektiv yolu peyvənddir. Övladınıza Milli Peyvənd Təqvimi üzrə QPM vaksini vurdurun. Bu vaksin qızılca ilə yanaşı, parotit və məxmərək xəstəliklərindən də qoruyur.

17/01/2023

TƏBİB-lə sual-cavab ❓

❓Ölüm haqqında tibbi şəhadətnamənin verilmə qaydası necədir?

- Ölüm haqqında tibbi şəhadətnamənin tərtibi və təqdim edilməsi proseduru Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni müvafiq olaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən tibb müəssisələri və ya patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir.

Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir.

Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.

Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.

Aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir:

• hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı;
• infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda;
• tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; • zorakı ölümə şübhə olduğu hallarda;
• ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda.
• ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda.

📌Eyni zamanda Əhalinin sağlamlığının qorunması haqqında qanunun 41-ci maddəsinə əsasən patoloji-anatomik yarmanın aparılmasının məcburi hesab edildiyi hallar (hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri, infeksion xəstəliklər və onlar barəsində şübhə hallarında, tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırıla bilməyən ölüm hallarında), zorakı ölüm barəsində şübhə və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar olmadıqda ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin rəsmi xahişi ilə patoloji-anatomik müayinə aparılmaya bilər.

Beləliklə, yuxarıda göstərilən hallarda pataloji-anatomik yarma aparılmadan ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməsi qeyri-mümkündür.

Digər hallarda patoloji-anotomik yarma aparılmadan (ölənin ailə üzvlərinin, qohumlarının və ya qanuni nümayəndələrinin xahişi ilə) ölüm haqqında tibbi şəhadətnamə verilə bilər.

Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.

Dəm qazından zəhərlənmə zamanı təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər.
12/01/2023

Dəm qazından zəhərlənmə zamanı təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər.

Dəm qazından zəhərlənmə zamanı təcili yardım gələnədək bəzi tədbirlərin görülməsi kritik vəziyyətin qarşısını ala bilər.

Dəm qazından zəhərlənən şəxsi təmiz havaya çıxarmaqla yanaşı, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək və lazım gələrsə, süni nəfəs vermək lazımdır. Lakin bütün hallarda xəstənin xəstəxanaya çatdırılması, həkim nəzarətinə götürülməsi mütləqdir.

Qeyd edək ki, dəm qazından zəhərlənmə əlamətlərinə əsasən başgicəllənmə, başağrısı, ürəkbulanma, qulaqlarda küy, qusma, yuxululuq, müvazinətin itməsi, sayıqlama, hallüsinasiyalar, qıcolma tutmaları və s. aid edilir.

03/06/2022

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Balakən, Zaqatala və Qax rayon sakinlərini qəbul edəcək.

🗓 Tarix: 24 iyun 2022
⏰ Saat: 10:00
📍 Məkan: Balakən rayon Mərkəzi Xəstəxanası

🔗 Qəbula yazılma qaydaları ilə tanış olmaq üçün keçidə daxil olun: https://bit.ly/Balaken

28/04/2022

Address

Zakatali
AZ6200

Telephone

+994242252300

Website

Alerts

Be the first to know and let us send you an email when Zaqatala səhiyyə posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category