Zaqatala Rayon Mərkəzi Xəstəxanası

Zaqatala Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında obyekt və pasiyent təhlükəsizliyinin təmin edilməsi mövzusunda iclas keçirilib.İcl...
10/04/2026

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında obyekt və pasiyent təhlükəsizliyinin təmin edilməsi mövzusunda iclas keçirilib.

İclasda müəssisənin Keyfiyyətə nəzarətin idarəolunması üzrə mütəxəssisi Eldənis Fətullayev çıxış edərək tibb müəssisəsində təhlükəsiz mühitin yaradılması, risklərin vaxtında müəyyən olunması və qarşısının alınması, pasiyentlərin təhlükəsizliyinin qorunması istiqamətində görülməli tədbirlər barədə ətraflı məlumat verib.

BİLİRSİNİZMİ???Miqren— başın adətən bir tərəfində hiss olunan, təkrarlanan və güclü baş ağrısı tutmaları ilə xarakterizə...
09/04/2026

BİLİRSİNİZMİ???
Miqren— başın adətən bir tərəfində hiss olunan, təkrarlanan və güclü baş ağrısı tutmaları ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Sadə baş ağrısından fərqli olaraq, miqren zamanı əlavə simptomlar da olur.

Miqrenin əsas əlamətləri bunlardır:
Başın bir tərəfində döyüntüvari ağrı
İşığa və səsə həssaslıq
Ürəkbulanma və bəzən qusma
Başgicəllənmə
Halsızlıq
Bəzən göz önündə işıq çaxmaları, zigzaq xətlər

Miqren tutmasını stress və yorğunluq, yuxusuzluq və ya çox yatmaq, hormonal dəyişikliklər (xüsusilə qadınlarda), bəzi qidalar (şokolad, pendir, kofein çoxluğu), ac qalmaq, güclü qoxular və parlaq işıq tətikləyə bilər.

Miqren həyati təhlükəli deyil, amma,
tez-tez təkrarlanırsa, gündəlik işi çətinləşdirirsə, ağrılar getdikcə artırsa
mütləq nevroloqa müraciət etmək lazımdır.

7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq, Gözbarax və Mamrux kənd həkim məntəqələrində əhali üçün tibbi ak...
07/04/2026

7 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar olaraq, Gözbarax və Mamrux kənd həkim məntəqələrində əhali üçün tibbi aksiya təşkil olunmuşdur.

Aksiya çərçivəsində pediatr, ginekoloq, okulist və nevropatoloq tərəfindən ümumilikdə 39 nəfər müayinə edilmiş, həmçinin 5 nəfərə ev şəraitində tibbi baxış keçirilmişdir.

Evdə baxış keçirilən xəstələr arasında uşaq serebral iflici, hamilə və beyin-qan dövranı pozğunluğu olan xəstələr yer almışdır.

Keçirilən aksiya əhaliyə tibbi xidmətin əlçatanlığını artırmaq, erkən diaqnostikanın təmin olunması və sağlamlığın qorunması məqsədilə təşkil edilmişdir.

6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür 🚶‍♀️🏃‍♂️Fiziki aktivlik sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Hər...
06/04/2026

6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günüdür 🚶‍♀️🏃‍♂️

Fiziki aktivlik sağlam həyat tərzinin əsas şərtlərindən biridir. Hər gün edilən sadə hərəkətlər – gəzinti, idmanla məşğul olmaq, aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək edir, immun sistemini gücləndirir və ümumi sağlamlığı qoruyur.

Unutmayaq ki, gündəlik ən azı 30 dəqiqə fiziki aktivlik sağlam və enerjili qalmağımıza böyük töhfə verir. Sağlam gələcək üçün hərəkətdə qalaq!

2 Aprel ümumdünya autizm məlumatlandırma günüdür. Bu günün məqsədi autizm spektr pozuntusu olan şəxslərə diqqəti artırma...
02/04/2026

2 Aprel ümumdünya autizm məlumatlandırma günüdür. Bu günün məqsədi autizm spektr pozuntusu olan şəxslərə diqqəti artırmaq, onların cəmiyyətə inteqrasiyasını dəstəkləmək və onlara qarşı anlayış və həssaslığı gücləndirməkdir.

Autizm fərqlilikdir — qayğıya, anlayışa və dəstəyə ehtiyacı olan bir fərqlilik!

🇦🇿 2–5 aprel tarixlərində baş verənAprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda hər za...
02/04/2026

🇦🇿 2–5 aprel tarixlərində baş verən
Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda hər zaman qətiyyətlə mübarizə aparmağa qadirdir.

Bu şanlı döyüşlərdə canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm can sağlığı arzulayırıq.

Qəhrəmanlarımızın xatirəsi daim qəlbimizdə yaşayacaq!

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında anım tədbiri keçiri...
31/03/2026

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasında anım tədbiri keçirilib.

Direktorun terapevtik xidmətlər üzrə müavini Nigar Şahmərdanova və həkim terapevt Ülviyyə Muxtarova çıxış edərək, xalqımıza qarşı törədilmiş bu faciələrin unudulmaması və gələcək nəsillərə çatdırılmasının hər birimizin mənəvi borcu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

Sonda 1918-ci il mart hadisələri zamanı həyatını itirmiş soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Allah bütün soyqırımı qurbanlarına rəhmət eləsin. 🇦🇿

🕯️ 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.1918-ci ilin mart ayının 31-i xalqımıza qarşı törədilmiş kütləvi qırğın...
31/03/2026

🕯️ 31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür.
1918-ci ilin mart ayının 31-i xalqımıza qarşı törədilmiş kütləvi qırğınlar nəticəsində minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmışdır.

Faciə qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edir, tariximizin bu qanlı səhifəsini unutmur və unutdurmuruq!

31/03/2026
31/03/2026

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

20/03/2026

Milli-mənəvi həmrəyliyin, humanizmin, şəfqət və mərhəmətin təcəssümü olan Ramazan bayramı münasibətilə hər kəsi səmimi-qəlbdən təbrik edirik!

Allah Ramazan ayı boyunca tutduğunuz orucları və etdiyiniz duaları qəbul etsin!🤲

Təbiətin oyanışı, yenilənmə və ümid rəmzi olan Novruz bayramınız mübarək olsun! Qoy bu bahar hər kəsə yeni başlanğıclar,...
20/03/2026

Təbiətin oyanışı, yenilənmə və ümid rəmzi olan Novruz bayramınız mübarək olsun! Qoy bu bahar hər kəsə yeni başlanğıclar, uğurlar və gözəl anlar bəxş etsin.

Novruz bayramınız mübarək! 🌿✨

Address

Molla Vəli Vidadi 32
Zakataly
AZ6200

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 01:01

Telephone

+994242252300

Alerts

Be the first to know and let us send you an email when Zaqatala Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Zaqatala Rayon Mərkəzi Xəstəxanası:

Share