26/04/2026
Psixiatr Dr.Bəxtiyar Mustafayev 6 may 2026-cı il tarixində Zaqatala Güvən Müalicəvi Diaqnostik Mərkəzdə pasiyentləri qəbul edəcək.
Aşağıdakı psixoloji problemlərlə bağlı müraciət edə bilərsiniz:
✔ Depressiya-Günün çox hissəsi özünə qapanma, tək qalma istəyi, əhval-ruhiyyənin aşağı olması, ağlamağa meyillilik, hər şeyin maraqsız olması hissi olursa;
✔ Uşaqlarda (enurez) gecə yerini islatma olursa;
✔ Panik atak-Səbəbsiz yerə həyəcan, ürək döyünmə, boğulma hissi, daimi p*s xəbər eşitmə qorxusu, daimi yaxınlarının və özününün başına p*s bir iş gələcəyi qorxusu olursa;
✔ Klaustrofobiya-Qapalı yerlərdə: lift,metro, tunel vəya çox insan olan yerdə daimi həyəcan, narahatlıq olursa;
✔ Sosial fobiya - Auditoriya qarşısında çıxış edən zaman həyəcan, qızarma, titrəmə, biyabır olma qorxusu vəya çox insan olan yerdə yemək yeyən zaman utanma, həyəcan hissi olursa;
✔ Səbəbsiz yerə əsəbilik, hər xırda şeyə reaksiya vermək, əsəbiləşmək olursa;
✔ Obsessiv-kompulsiv pozuntu- Günün çox hissəsi təkrarlanan xəstəliyə yoluxma qorxusu, əlləri dəfələrlə yuma, evi dəfələrlə təmizləmə, evdən çıxdıqdan sonra dəfələrlə qayıdaraq qapını, işığı,qazı yoxlama. Əşyaların simmetrikliyi pozulan zaman aşırı narahatlıq, gərginlik olursa;
✔ Gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə vəya tez-tez yuxudan oyanma, qorxulu yuxular görmə kimi şikayətləriniz varsa;
✔ Abituriyentlərdə daimi imtahan qorxusu, imtahan zamanı aşırı həyəcan olursa;
✔ Autizm zamanı aqressivlik,əsəbilik,yuxu pozuntuları olursa;
✔ Uşaqlarda olan əqli gerilik zamanı;
✔ Uşaqlarda olan tiklər (ani, qeyri-iradi çiyin çəkmə, göz qırpma, dırnaq yemə);
✔ Uşaqlarda olan hiperaktivlik, diqqət çatışmazlığı (yerində dayana bilməmə, daimi hərəkətdə olma (qonaq getdikdə, dərs zamanı), diqqətinin tez yayınması, diqqətsizliyə görə dərslərindən geri qalma;
✔ Şizofreniya;
✔ Bipolyar affektiv pozuntu;
✔ Demensiya və s.