Nara's Temple

Nara's Temple Welcome to Nara's Temple
Women's Circles ~ Tarot Session

Mən illərdir Estoniyada qadın çevrələri təşkil edirəm. İlk dəfə 2022-ci ilin 10 sentyabrında intuisiya ilə başladım – əs...
17/08/2025

Mən illərdir Estoniyada qadın çevrələri təşkil edirəm. İlk dəfə 2022-ci ilin 10 sentyabrında intuisiya ilə başladım – əslində “çevrə nədir?” bilmirdim, sadəcə daxili çağırışı izləyirdim. Təbii ki, o çağırış məni öz yoluma çıxardı.

Bu günə qədər 30-dən çox qadın çevrəsi yaratmışam. Hər biri özünəməxsus dərinliyi, gözəlliyi və şəfası ilə fərqli olub.

Çoxları məndən soruşur: “Çevrədə nə edirsiniz?”
Cavabım çox sadədir. Biz çevrədə sadəcə özümüz oluruq, nəfəs alırıq, öz bədənimizə, ruhumuza və daxili səsimizə qayıdırıq. Cavab tapmağa, mühakimə etməyə və ya yol göstərməyə çalışmırıq – sadəcə dinləyirik, sadəcə orada var oluruq.

Ayın enerjisinə uyğun meditasiya edərək, bizə xidmət etməyən hiss və fikirlərdən təmizlənir və növbəti aya daha açıq ürək ilə daxil olmaq üçün fikirlərimizdə və qəlbimizdə yer açırıq.

Növbəti qadın çevrəm 23 avqustda, təzə ay Qız bürcündə olanda olacaq. Bu çevrədə həmişə etmədiyim bir şeyi edəcəm – xanımlarımıza ürək bitkisi olan qəlbimizi açan bir seremoniyanı hazırlayacağam. Bu barədə çox danışmaq istəmirəm, amma onu deyim ki, xoş və heyecanlı hisslərlə bu günü gözləyirəm.

Əgər bu günü sən də bizimlə olmaq istəsən, biodakı linkdə qeydiyyatdan keç. Yerlərimiz məhdud saydadır.
Qeydiyyatdan sonra məkan və hazırlıq haqqında ətraflı məlumat alacaqsınız.

Tezliklə görüşmək ümidi ilə!✨🤍✨

Əziz xanımlar 🌿Sizi 23 avqust tarixində, Yeni Ayın Qız bürcündə baş tutacaq qadın çevrəsinə səmimi-qəlbdən dəvət edirəm....
13/08/2025

Əziz xanımlar 🌿
Sizi 23 avqust tarixində, Yeni Ayın Qız bürcündə baş tutacaq qadın çevrəsinə səmimi-qəlbdən dəvət edirəm. Bu çevrədə Qız bürcünün yenilənmə enerjisi ilə yeni niyyətlər quracaq, bizə xidmət etməyən vərdişlərdən azad olmaq üçün meditasiya edəcəyik. 💫

Sizlərlə bu çevrəmizi səbirsizliklə gözləyirəm ✨
📌 Qeydiyyat üçün bio-dakı linkə daxil olun. Qeydiyyatdan keçən xanımlara məkan və hazırlıqla bağlı məlumat e-mail vasitəsilə göndəriləcək.
Gəlin bu Yeni Ayda yeni başlanğıclar üçün birlikdə niyyət edək 💛

Öz daxili dünyana səyahət etməyə hazırsan?O zaman səni Enerji Seansına dəvət edirəm!✨66 dəqiqəlik bu seans sakitləşdiric...
04/08/2025

Öz daxili dünyana səyahət etməyə hazırsan?
O zaman səni Enerji Seansına dəvət edirəm!✨

66 dəqiqəlik bu seans sakitləşdirici meditasiya ilə başlayır. Daha sonra isə tarot vasitəsilə enerji oxuması ilə davam edir.

Tarot oxunuşu zamanı keçmişdə yaşadığın hadisələrin indiki həyatına necə təsir etdiyini və hansı məhdudlaşdırıcı düşüncə və inancların sənin yolunu kəsdiyini birlikdə baxırıq. Bu sənə, artıq xidmətini başa vurmuş hiss və fikirlərdən təmizlənməyə kömək edir.

Seansın sonunda isə refleksiya mərhələsi gəlir. Bu mərhələdə aldığın məlumatları dərinliklə həzm edir, özünə suallar verərək daha çox anlamağa çalışırsan.

Bu seans özünü tanımaq, şəxsi inkişaf və şəfalanma prosesində olanlar, eləcə də zehni aydınlıq axtaranlar üçün xüsusi hazırlanıb.🤍

Hazırda seanslar fərdi şəkildə, müvəqqəti olaraq onlayn keçirilir.✨

Vaxtını seçmək və rezervasiya etmək üçün bio-da yerləşdirilən linkə daxil ol.🙏✨
Photo credit: .qadirli

Your sincere testimonies remind me why I’m doing this work.Thank you for trusting me with your journey and becoming.🤍Sac...
22/07/2025

Your sincere testimonies remind me why I’m doing this work.
Thank you for trusting me with your journey and becoming.🤍

Sacred Sessions — a space for tarot guidance, reflection, and deep presence — are held in person and online, with care and intention. 🕊️✨

Bu il içimdə güclü bir çağırış hiss etdim — köklərimə, özümə qayıtmaq ehtiyacı. Və indi burdayam, Bakıda — sənə özümə mə...
17/07/2025

Bu il içimdə güclü bir çağırış hiss etdim — köklərimə, özümə qayıtmaq ehtiyacı. Və indi burdayam, Bakıda — sənə özümə məxsus Qadın çevrəsini təqdim etməyə hazıram.🤍

9 Avqust, Şir Qapısı (Lions Gate) enerjisinin açıldığı güclü bir gündür — keçmişi buraxmaq, ürəyimizi dinləmək və yeni niyyətlər qoymaq üçün ideal zamandır.☀️

Səni təbiətin qoynunda, sakit və rahat bir məkanda bizimlə birlikdə olmağa dəvət edirəm.✨

📍 Məkan və hazırlıq haqda məlumat qeydiyyatdan sonra email vasitəsilə göndəriləcək
🗓️ 9 Avqust | 18:00 – 20:00
🔗 Qeydiyyat üçün bio-dakı linkə keçid et

Gəl, birlikdə nəfəs alaq, ruhumuzu yeniləyək və yola davam edək. 💫

Address

Tallinn

Alerts

Be the first to know and let us send you an email when Nara's Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram