EVTM Clinic

EVTM Clinic Mental sağlamlıq xidmətləri
მენტალური ჯანმრთელობის მომსახურებები

15/01/2026

AZ:
“Səhv etməkdən qorxuruq” — çünki səhvi zəiflik kimi qəbul edirik.
Amma videoda da deyildiyi kimi, hər səhv içimizdəki gücü və potensialı üzə çıxarmaq üçün bir fürsətdir.
Səhv etdikcə uğursuz olmuruq, əksinə, məqsədlərimizə bir addım daha yaxınlaşırıq.
İnkişaf məhz bu prosesin içində baş verir.
GE:
„შეცდომის დაშვების გვეშინია“ — რადგან შეცდომას სისუსტედ აღვიქვამთ.
მაგრამ, როგორც ვიდეოშიც ითქვა, ყოველი შეცდომა ჩვენი შინაგანი ძალისა და პოტენციალის აღმოჩენის შესაძლებლობაა.
შეცდომის დაშვებისას ჩვენ არ ვმარცხდებით — პირიქით, მიზნებს კიდევ ერთი ნაბიჯით ვუახლოვდებით.
განვითარება სწორედ ამ პროცესში ხდება.

Vusala Gaialova

19/12/2025

Heç nə üçün gec deyil.
Nə dəyişmək üçün, nə də özünə yenidən inanmaq üçün.
Bəzən başlanğıc sadəcə cəsarət deyil, xatırlamaqdır:
haradan gəldiyini yox, hara getmək istədiyini.

16/12/2025

Digital stress — texnologiyanın həddindən artıq və fasiləsiz istifadəsi nəticəsində yaranan psixoloji gərginlikdir. Daim bildirişlərə cavab vermək, sosial mediada müqayisə olunmaq, onlayn olmaq məcburiyyəti insanın zehni yorğunluğunu artırır. Bu vəziyyət diqqət dağınıqlığı, narahatlıq, yuxu pozuntusu və emosional tükənmişliklə özünü göstərə bilər. Digital stressi azaltmaq üçün ekran vaxtını məhdudlaşdırmaq, fasilələr vermək və real həyatla balans yaratmaq vacibdir.

04/12/2025

Bəzən yaşadığımız ağrı təkcə bizə aid olmur…
Bütün bir toplumun içindən keçdiyi sarsıntılar, qorxular və itkilər kollektiv travma kimi içimizə hopur. Biz fərd kimi yaşayırıq, amma izləri birlikdə daşıyırıq.

Art terapiya bu izlərə yumşaqca toxunur.
Rənglər, şəkillər, xətlər — sözün tapa bilmədiyi hissləri səsləndirir.
İnsanı tək hiss etdirmir, “bu ağrı yalnız sənə aid deyil” deyir.

Sənət, həm ifadə etmək, həm də sağalmaq üçün bir körpüdür.
Bəzən bir xətt, bir rəng, bir toxunuş belə içdə qalan yükü yüngülləşdirə bilir.

20/11/2025

Bəzən ana “mən hər şeyi sənin üçün etdim” deyərək öz fədakarlığını sevgi kimi göstərir…
Amma bu, uşağın üzərində görünməyən bir basqıya çevrilir.
Uşaq zamanla borclu hiss edir, sərhədlər pozulur və özünü ifadə etmək çətinləşir.
Unutmayaq: sağlam sevgi özünü fəda etmək deyil, qarşı tərəfi azad buraxmaqdır.

17/11/2025

Z-Vibe zondları ilə ağız əzələlərini aktivləşdirilir.
Hər bir vibrasiya — daha güclü hissiyat, daha dəqiq motorika.

Address

76 Rustaveli
Marneuli
3000

Opening Hours

Monday 11:00 - 19:00
Wednesday 11:00 - 19:00
Thursday 11:00 - 19:00
Friday 11:00 - 19:00
Saturday 11:00 - 19:00

Telephone

+995323333202

Website

Alerts

Be the first to know and let us send you an email when EVTM Clinic posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share