Hematoloq, Dr Cafarov Ə, MD

  • Home
  • Hematoloq, Dr Cafarov Ə, MD

Hematoloq,  Dr Cafarov Ə, MD Dr. Ələmdar Cəfərov - Hematoloq
Alamdar Jafarov (MD ) , Hematologist ATU Terapevtik Klinika

18/10/2024

🩸 Beynəlxalq Tromboz və Hemostaz Cəmiyyət tərəfindən (ISTH) 2014 cü ildən bu yana hər il oktyabr ayında qeyd edilir. Bun...
14/10/2024

🩸 Beynəlxalq Tromboz və Hemostaz Cəmiyyət tərəfindən (ISTH) 2014 cü ildən bu yana hər il oktyabr ayında qeyd edilir. Bunun məqsədi bütün dünyada əhalinin diqqətini damar tıxanıqlığına yönləndirməkdir. Çünkü müasir dövrdə elm və texnologiyanın səviyyəsi irəlilədikcə , insanlarda hərəkətlilik azalması, fast food qidaların qəbulu vəs olmasıdır. Bunun nəticəsində Miokard İnfarktı , İnsult , Dərin Vena Trombozu kimi xəstəlikləri meyillik artır.
🩺 Tromboz nədir ? Orqanizmdə vena və ya arteriya içərisində qan laxtasının əmələ gəlməsi və damar mənfəzini qapamasıdır. Bunların da əsas səbəbi damarlarda zərərli lipidlərin toplanması nəticəsində yarana aterosklerozun olmasıdır.
➡️ Risk faktorları : Arterial Hipertenziya, siqaret çəkmək, stress, Qanda şəkərinin yüksək olması, infeksiyalar, bəzi qidalardakı toksik maddələr, Revmatizmal xəstəliklər, xərçəng xəstəliyi həmçinin irsi Trombofiliyalar , Yaşlanma , Cərrahi əməliyyatlar, Az hərəkətlilik , Yaşlanma vəs
💊 Trombozların növündən asılı olaraq bir çox həkimlər tərəfindən müalicəsi həyata keçirilir ( Kardioloqlar, Kardiocərrahlar, Nevroloqlar, Neyro cərrahlar , İnvaziv cərrahlar , Hematoloqlar vəs ) Həkimlər olaraq, bizim əsas rolumuz trombozun vaxtında tanınması, effektiv qarşısının alınması və idarə edilməsidir.
Erkən diaqnoz və düzgün müalicə yanaşmaları vasitəsilə xəstələrimizin həyat keyfiyyətini və sağ qalma şanslarını artırır.
✍ Trombozun qarşısını almaq üçün bir sıra tədbirlər mövcuddur: sağlam yaşam tərzi, müntəzəm fiziki aktivlik 🏃‍♂, düzgün qidalanma 🍏 və stresin idarə olunması. Həmçinin, tromboz riskini artıran xəstəliklərin, məsələn, diabet, hipertoniya və xolesterin səviyyələrinin nəzarətdə saxlanılması vacibdir.
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
🌀Dizaynı hazırladı: Vizyclinic Global Healthcare Sosial Media Komandası

🩸 Normal limfoid ana hüceyrələrin hematopoezin spesifik bir mərhələsində dayanması və klonal böyüməsi və artması nəticəs...
02/10/2024

🩸 Normal limfoid ana hüceyrələrin hematopoezin spesifik bir mərhələsində dayanması və klonal böyüməsi və artması nəticəsində əmələ gələn Bədxassəli Qan xəstəliyidir. ALL uşaq yaşlarında ən çox rastlansa da, böyüklərdə rast gəlinir.Rast gəlmə yaşı 1 ci piki 0-4 yaşlarda, 2 ci piki 70 yaşlarda olur.
➡️Risk faktorları:
kişilərdə 30 % daha çox, Ağ irqə mənsub insanlarda 2 dəfə çox rast gəlinir.
Ətraf mühit faktorları: Radyasiya (xüsusiylə prenatal dövrdə), Alkilləyici dərmanlar, Benzen
Genetik faktorlar: Down, Klinefelter, Fanconi anemiyası, Wiskott–Aldrich syndrome, Ataxia telanjektazia, Osteogenesis imperfecta, kombinasiyalı immun çatışmazlıq və s.
ALL FAB və Ümumdünya Səhiyyə Təşkilatının təsnifatlarına əsasən qruplaşdırılır.
Hüceyrə tərkibinə görə B ALL, T ALL və s.
➡️Klinik əlamətləri:
İnfeksiyon əlamətlər: Səbəbsiz Qızdırma, Öskürək, bəlğəm, boğaz ağrısı,
Qanaxma: petexia, purpura, burun ve diş əti qanaxmaları və s.
Anemiya simptomları: Ümumi zəiflik, halsızlıq, təngənəfəslik
Ekstarmedulyar sümük iliyi infiltrasiya əlamətləri: Limfoadenopatiya, Splenomegaliya, Hepatomegaliya:
🩺 Laborator əlamətləri:
Qanın ümumi analizində: Anemiya, Leykositoz, Leykositopeniya, Neytropeniya, Limfositoz, Trombositopeniya, EÇS artması, Periferik qanda: Blast qeyd olunur
Sümük iliyi: Sümük iliyində Limfoblast > 20 % blast %
İmmunofenotipləmə (Flow Sitometriya), Sitogenetikadan istifadə olunur.
💊 Müalicəsi :
1. Kimyaterapiya
2.Sümük iliyi transplantasiyası
3.Hədəfə yönəlik terapiya (müalicə )
4. Mərkəzi sinir sisteminin invaziyanın profilaktikası
5. CART müalicəsi
✍ Bu gün Leykozların patogenezində, diaqnozuunda irəliləyişlər müalicəsində də özünü göstərir. Artıq Leykozların müalicəsində hədəfə yönəlik müalicəsi ilə sağ qalım müddəti uzanlr.

🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
🌀Dizaynı hazırladı: Vizyclinic Global Healthcare Sosial Media Komandası

🩸Ruxolitinib (Jakavi) xüsusilə JAK1 və JAK2 fermentlərini inhibə edən bir dərmandır. JAK fermentləri, immun sistem və qa...
30/09/2024

🩸Ruxolitinib (Jakavi) xüsusilə JAK1 və JAK2 fermentlərini inhibə edən bir dərmandır. JAK fermentləri, immun sistem və qan hüceyrələrinin istehsalı ilə bağlı siqnalları ötürən mühüm proteinlərdir. Bəzi xəstəliklərdə bu fermentlərin həddindən artıq aktivliyi olur və qan hüceyrələrinin nəzarətsiz istehsalına səbəb olur. Ruxolitinib bu anormal aktivliyi supressiya edərək hüceyrə böyüməsini nəzarətdə saxlayır.
➡️ Hansı xəstəliklərdə istifadə edilir?
•Miyelofibroz, Polisitemiya Vera, Kəskin Qraft-versus-Host Xəstəliyi (GVHD).
➡️ Ruxolitinib-in Üstünlükləri:
•Splenomeqaliya zamanı Dalağın ölçülərini kiçildir.
•Xəstələrdə həddindən artıq yorğunluq kimi ümumi simptomları yaxşılaşdırır.
•Sümük iliyi xəstəlikləri ilə bağlı fəsadları və həyat keyfiyyətinə mənfi təsirləri yüngülləşdirir.
➡️ Yan təsirləri:
•İmmunitet sistemini zəiflədərək infeksiya riskini artıra bilər.
•Anemiya, Trombositopeniya və qaraciyər funksiyası pozğunluqları kimi yan təsirlər müşahidə oluna bilər.
✍Ruxolitinib adətən ciddi qan xəstəliklərində istifadə olunduğuna görə, müalicə müddətində xəstələrin öz Hematoloqları tərəfində diqqətlə izlənməsi və mütəmadi qan analizlərinin aparılması tövsiyə olunur
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
🌀Dizaynı hazırladı: Vizyclinic Global Healthcare Sosial Media Komandası

#9/22DünyaXMLgünü (GVHD)

🩸Xroniki Miyeloid Leykemiya (XML) - 9-cu və 22 ci xromosomlardakı yaranan mutasiyalarına uyğun olaraq 9-cu ayın 22 ci gü...
22/09/2024

🩸Xroniki Miyeloid Leykemiya (XML) - 9-cu və 22 ci xromosomlardakı yaranan mutasiyalarına uyğun olaraq 9-cu ayın 22 ci günü 22/09 tarixində XML Maarifləndirmə günü kimi bildirilir.
✍CML- Miyeloid öncül hüceyrələrin bir mutasiya nəticəsində patoloji olaraq klonal çoxalması nəticələnən sümük iliyinin xəstəliyidir. Patogenezində 22 ci xromosomundakı BCR geniylə, 9 cu xromosomdakı (ABL geninin birləşməsi nəticəsində (Philadelfiya xromosomu) sintez olunan P210 proteinindir. Bu protein leykosit hüceyrələrində klonal çoxalmanı tətikləyir.
Kişilərdə Qadınlara nisbətən daha çox rast gəlinir. 40-60 yaşlarında rast gəlmə tezliyi artır.
🎯T Xəstəliyin risk faktorları
1. Yaş 2.Xəstəliyin mərhələsi 3.Sümük iliyində Blast miqdarı (Blast Krizində) 4.Dalağın ölçüsü
➡️ Klinik əlamətləri:
İlk növbədə xəstədə qeyri spesifik sindromlar olur. Daha sonra xəstəlik inkişaf etdikcə, Sol qabırğa altında ağrılar (Dalağın böyüməsinə bağlı olaraq), Erkən doyma hissi olur. Ümumiyyətlə XML nin əlamətlərini bir neçə qrupa bölmək olur.
Ümumi və qeyri spesifik simptomları: Ümumi zəiflik, halsızlıq, təngənəfəslik
Ekstarmedulyar sümük iliyi infiltrasiya əlamətləri: Sümük ağrıları, Splenomegaliya, Hepatomegaliya,
Konstitusyonal əlamətlər: Gecə tərləmələri, Arıqlama, iştahasızlıq
Xəstəliyin ümumiyyətlə 2 mərhələsi ayırd edilir: Xroniki (Xəstəlik ən 85 % halda bu mərhələdə aşkar edilir), Blast krizi mərhələsi
Laborator əlamətləri:
➡️ Qanın ümumi analizi: Anemiya, Leykositoz, Neytrofiliya, bazofiliya, eozinofiliya, Monositoz, Trombositopeniya, EÇS artması, Periferik qanda: Sola meyililik (Promielosit, Miyelositlər)
LDH səviyyəsində artması,
➡️ Diaqnozu:
Periferik Qan yaxması, Sümük iliyi aspirasiyası və biopsiyası
FİSH və sitogenetik, PZR müayinəsi: BCR-ABL muatsiyası aşkar edilir.
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
🌀Dizaynı hazırladı: Vizyclinic Global Healthcare Sosial Media Komandası

#9/22DünyaXMLgünü -ABLmutasiyası

✍Sümük iliyi orqanizmdə hematopoez prosesi vasitəsilə - Qanın əsas tərkib hissələri olan Eritrositlərin, Leykositlərin, ...
09/09/2024

✍Sümük iliyi orqanizmdə hematopoez prosesi vasitəsilə - Qanın əsas tərkib hissələri olan Eritrositlərin, Leykositlərin, Trombositlərin yaranmasında, tənzimində böyük rol oynayır.
📌Sümük iliyi kənardan bərk sümük qatı ilə əhatə olunan süngər şəklində olan bir toxumadır.
Sİ nin 2 növü: Qırmızı və Sarı Sİ.
✍ Sarı sümük iliyi əsasən yağ toxumasından ibarətdir və enerji depolama funksiyasını, həmçinin zaman zaman hematopoez funksiyasını yerinə yetirir.
✍ Qırmızı sümük iliyi eritrositlər, leykositlər və trombositlərin yaranmasını təmin edir.
Qırmızı Sİ adətən yastı sümüklər (Çanaq sümükləri - arxa və ön qalça tini, Qabırğa, fəqərələr, Döş sümüyü), Borulu sümüklərin (Baş) hissələrinda daha zəngindir.
✍ Qan yaranma ilk dəfə hamiləliyin 14-19-cu günlərində Yumurta kisəsində əmələ gəlsədə, Sümük iliyində isə bu proses hamiləliyin 2.5 -4-cü ayından başlayır. Bu zaman həm sümük iliyi inkişaf etməyə başlayır, həm də Qan elementlərinin sütun hüceyrələrinin əsası qoyulur. Hamiləliyin 6 cı ayından başlayaraq artıq sümük iliyi qanyaranma (Hemapoez) funksiyasını yerinə yetirməyə başlayır.
Sümük iliyi insanın yaşından asılı olaraq müxtəlif mərhələlərdə müəyyən dəyişikliklərə uğrayır.
🎯Sİ, insan doğularkən bütün sümüklərdə hematopoetik gücə malik hüceyrələr olsa da, 1 yaşında Terminal falanqalarda qırmızı sümük iliyi sarı sümük iliyi ilə əvəz olunur.
🎯4 yaşından sonra və 🎯10-14 yaşında isə uzun sümüklərin ortasında (boru hissəsində) sarı sümük iliyi ilə əvəz olunur.
🎯25 yaşından etibarən isə Bazu, Bud və s. borulu sümüklərin yalnız baş hissəsində qırmızı sümük iliyi mövcud olur.
⛳Leykemiya, MDS, Multiple Miyeloma və s. kimi müxtəlif Bədxassəli Qan xəstəliklərin diaqnostikasında sümük iliyi müayinəsindən istifadə olunur.
⚕️🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası

🌀Dizaynı hazırladı: Vizyclinic Global Healthcare Sosial Media Komandası

🩸Qanda neytrofillərin azalması, və ya Neytropeniya – Qanda Neytrofil sayının vahid həcmdə 1500 dən aşağı olmasıdır. Dərə...
02/09/2024

🩸Qanda neytrofillərin azalması, və ya Neytropeniya – Qanda Neytrofil sayının vahid həcmdə 1500 dən aşağı olmasıdır. Dərəcələnməsinə görə - Yüngül 1000-1500, Orta dərəcəli 500-1000 arası, Ağır dərəcəli 500 dən aşağıdır.
➡️ Neutrofillər, ağ qan hüceyrələrinin ən önəmli növüdür və bədənin infeksiyalara qarşı mübarizəsində mühüm rol oynayır.
Neytropeniyanın səbəbləri:
1. Anadangəlmə: Siklik , Kostmann sindromu, Schwachman Diamond sindromu, Xoş xassəli Etnik Neytropeniya vəs
2. Qazanılma:
A)İnfeksiya sonrası (Sepsis), Aktiv infeksiyalar zamanı (HIV, Hepatitlər, Epstein-Barr virus [EBV]),
B)Dərman mənşəli: Aqranulositoz, Kimyaterapiyadan sonra, Bəzi antibiotiklər, antipsixotik dərmanlar və Epilepsiya əleyhinə dərmanlar, neytropeniya ilə əlaqələndirilə bilər. Bu dərmanlar, sümük iliyinin funksiyasını təsir edərək neutrofillərin azalmasına səbəb ola bilər.
C)Hematoloji: Leykemiyalar, MiyeloDisplastik Sindrom (MDS), Sümük iliyinə sirayət edən bədxassəli proseslər
D)Autoimmun Xəstəliklər: (Qırmızı qurdeşənəyi (SLE), Revmatoid artrit ),
E)Vitamin, Mineral defisiti: Vit B12, Mis - Cu çatışmazlığı
🧬 Təbii ki, Neytrofillərin aşağı olması infeksion ocağının yaranmasına və mikrobların orqanizmə giriş qapısının açılmasına şərait yaradır. Neytropeniyanın ən ağır forması Febril neytropeniyadır və ciddi ağırlığa sahibdir. Müalicə edilməzsə, Sepsis və ağır orqan çatışmazlığına qədər gedib çıxır.
🩺Ağır Neytropeniya zamanı səbəbsiz, təkrarlanan tempratur (38 C və üzəri)- (Febril Neytropeniya), selikli qişalarda iltihabi əlamətlər, mədə bağırsağın selikli qişaları erroziya olduğundan Qastrit, Mədə xorasının kəskinləşməsi, şiddətli qarın ağrılarına belə rast gəlmək olur.
🎗 Səbəbsiz tempratur zamanı Hemoqramda neytrofil səviyyəsinə də diqqət yetirmək lazımdır.

🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com

Qazanılmış İmmun Çatışmazlığı Sindromu ( QİÇS ) –🩸HİV virusları tərəfindən törədilən bir xəstəlikdir.Bu virus İmmun sist...
19/08/2024

Qazanılmış İmmun Çatışmazlığı Sindromu ( QİÇS ) –
🩸HİV virusları tərəfindən törədilən bir xəstəlikdir.
Bu virus İmmun sistemin hüceyrələrindən CD 4 + T limfositlərin quruluşunu və funksiyasını pozaraq orqanizmin infeksiyalara qarşı müqavimətini zəiflədir.
➡️BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan qeydə alınıb. Xəstəlik əsasən Qan, Cinsəl (Sperma, Vaginal ifrazat) və ana südü ilə ötürülə bilir. Qan transfuziyası HİV-infeksiyası ilə yoluxma riski daşıyır. Lakin Qan donorluğu zamanı verilən qanın rutin infeksiyon analizləri bu riski kəskin sürətdə azaltmışdır.
💊Xəstəlik əsasən özün qızdırma, fimfadenopatiya, halsızlıq, iştahsızlıq, arıqlama şəklində başlayır. Sonrakı mərhələdə xəstələrdə fürsətçi infeksiyalar qoşulur. Bu zaman Pnevmaniya, Vərəm, Tənəffüs yollarının və ağciyərlərin kandidozu (göbələk infeksiyası), Ezofaqus kandidozu (yemək borusunun göbələk infeksiyası) və s. klinik situsasiya şəklində özünü göstərir.
🌡️Bu infeksiya zamanı Qanda bir çox dəyişikliklər Hematoloji olaraq özünü biruzə verir. Xəstəlik Qanda Ağ qan hüceyrələrinin funksiyasını və miqdarını azaltdığından orqanizmdə bəzi şiş xəstəliklərinə tutulma riskini artırır. ( Qeyri Hoçkin və Hoçkin Limfomaları, Kapoşi Sarkoması və s.)
🦠Bu zamanı həmçinin Qanda Anemiya (Qan azlığı), Leykositopeniya, Trombositopeniya görülə bilir.
🧪Həmçinin bu xəstəliklərin istifadəsi zamanı qəbul edilən virus əleyhinə dərmanlar Sümük iliyinə toksik təsir edə bilir, Vit B12, FOL TSU və s. kimi mineralların və vitaminlərin metabolizmini poza bilir.
🩺Hematoloq Dr.Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩dr.alamdar@yahoo.com



Primer (Birincili) Miyelofibrozun əlamətləri nələrdir?🩸Miyeliofibroz - Kök hüceyrə qaynaqlı klonal miyeloproliferasiya, ...
16/08/2024

Primer (Birincili) Miyelofibrozun əlamətləri nələrdir?

🩸Miyeliofibroz - Kök hüceyrə qaynaqlı klonal miyeloproliferasiya, Atipik meqakaryositar hiperplaziya, Sümük iliyinin fibrozu(skar toxuma) ilə xarakterizə olunan sümük iliyinin bir xəstəlikdir.
➡️Xroniki Miyeloliferativ xəstəliklər içinə ayırd edilən bu xəstəliklər içində ən az rast gəlinənidir. Orta görülmə yaşı 65 və üzərindədir. Xəstəliyin əmələ gəlməsində Jak2, CALR, MPL gen mutasiyalarının səbəb olduğu deyilir.
🎯Bu xəstəlik bir başa yaranmasına görə Birincili (Primer) və digər xəstəlikdən sonra yaranmasına görə İkincili olaraq( Polisitemiya Vera, Essensial Trombositemiya vəs xəstəlikdən sonra də əmələ gələ bilir) təsnif edilir.
✍🏻Xəstəliyin 2 mərhələsi ayırd edilir. Prefibrotik və Aşikar Miyelofibroz mərhələsi var.
👉🏻Xəstəlik səbəbi bəlli olmayan halsızlıq, yorğunluq, arıqlama, gecə tərləməsi şikayətləri ilə başlayır. Bu xəstələrdə həmçinin Qarın boşluğu UltraSəs müayinəsində Dalaq ölçülərində böyümə aşkarlanır. Qanın ümumi analizingdə səbəbsiz olaraq Leykositoz, anemiya, Trombositoz (Prefaza mərhələsində) və ya Leykopeniya, Trombositopeniya, anemiya, Splenomeqaliya ilə özünü göstərə bilər.
💊Xəstəliyin diaqnozunun qoyulmasında Periferik qan yayması, LDH, Sümük iliyi aspirasiyası, Sümük iliyi biopsiyası, Sitogenetik analizlərlə ilə qoyulur.
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com

, , , , , ,

🩸 Fol t-su ( B9 vitamini ) - suda həll oluna bilən, İnsan bədənində istehsal olunmayan B vitaminin bir növüdür. Təbiətdə...
14/08/2024

🩸 Fol t-su ( B9 vitamini ) - suda həll oluna bilən, İnsan bədənində istehsal olunmayan B vitaminin bir növüdür. Təbiətdə Fol həm heyvani, həm də bitki mənşəli qidalarda rast gəlinir.
İnsanda Fol stunun miqdari 5-20 mgramdir. Gündəlik tələbatı 400 mcrgramdir.
➡️Fol tsunun funkisyaları : Amin tsu metabolizmində (Müxtəlif A / tsuların birbirinə çevrilməsində koenzim olaraq iştirak edir.Bununla yanaşı RNT,DNT nin sintezində rol oynayır. Fosfolipid və nükleoproteinlerin metabolizminə təsir edir.
✅Fol tsu Xüsusilə hamiləlik dövründə və hüceyrələrin yenilənməsi prosesində böyük əhəmiyyətə malikdir. Döldə neyral tüp defektlerinin qarşısının alınmasında, doğum ağırlığının azalmasında, Sağlam dölün inkişafına dəstək olur və ananın sağlamlığını qoruyur.
✅Qan Hüceyrələri: Xüsusiylə Eritrositlərin sintezində və yetişməsində iştirak edir. Anemiyanın qarşısını alır.
✅Beyin Sağlamlığı: Zehni funksiyaları gücləndirir və yaddaşı artırır. Bəzi Nevroloji xəstəliklər zamanı ( Epilepsiya vəs ) . verlən dərmanlarla yanaşı fol tsunun verilməsi Dərmanların yan təsirlərini azaldır.
✅Ürək Sağlamlığı: Homosistein səviyyələrini tənzimləyərək ürək xəstəliklərinin riskini azaldır.
✅İmmunitet: İmmunitet sistemini gücləndirir və infeksiyalara qarşı qoruyur. Limfositlərin funksiyasiyasına və anticisimlərin əmələ gəlməsinə də kömək edir.
✅Revmatoloji xəstəliklər zamanı verilən dərmanların əlavə təsiri olaraq Orqanizmdə Fol tsunun miqdarını azaldır. Əlavə olaraq Folt sunun verilməsi Revmatoloji xəstəliklər zamanı yanaşı təsirin qarşısını alır
🎯 Fol t-sunun mənbələri : Qaraciyər , Ət , Yaşıl yarpaqlı tərəvəzlər ( Bruksel kələmi vəs ) ,Ispanaq, Portağal, Brokoli,Yaşıl noxud, Tam taxıllar, Digər meyvələr
✍ Qeyd edim ki, Yeməklərin bişirilməsi zamanı qidaların fol miqdarı azalır.
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com
, , , , , ,
, , ,

Hemolitik Uremik Sindrom barədə nə bilirik ?🩸 Hemolitik Uremik Sindrom (HUS)- Hemolitik anemiya, Trombositopeniya və Kəs...
01/08/2024

Hemolitik Uremik Sindrom barədə nə bilirik ?

🩸 Hemolitik Uremik Sindrom (HUS)- Hemolitik anemiya, Trombositopeniya və Kəskin Böyrək Çatışmazlığı
İlə gedən Trombotik Mikroangiyopatiyanın bir növüdür (TMA)
🎯 Bu xəstəlik daha çox uşaqlarda rast gəlinsə də, böyüklərdə rast gəlmək olur. HUS xüsusiylə uşaqlıq dövründə Kəskin Böyrək Çatışmazlığının əsas səbəblərindən biridir.
✍️ Xəstəlik əsasən ishal , tempratur sonrası meydana gələn trombositopeniya , hemolitik anemiya şəklində özünü biruzə verir.
➡️Etiologiyasında əsasən şiqa toksin ifraz edən E.Coli ( STEC ) , Streptococcus pnevmaniya , komplement sistmeninin aktivləşməsi ilə əlaqəliləndirilir .
Klinikası:
✨ Xəstələr ilk başda STEC infeksiyası, sonrası ishal ilə başlayır. HUS isə bu vəziyyətdən 3-10 gün sonra əmələ gələ bilir. Bu dönəmdə mədə bağırsaq şikayətləri azalmış olur. Lakin xəstələrdə halsızlıq , yorğunluq , sidik ifrazında ləngimə, sarılıq , ödem inkişaf edir.
🩺Xəstəliyin diaqnozu : Qanın ümumi analizi , Periferik Qan yayması , LDH , C3,C4 , düz coombs ,nəcisdə Şiqa toksinin araşdırılması, həmçinin böyrək , Qaraciyər sınaqlarının da yoxlanması tövsiyə olununur.
💊 💉Müalicəsi :
Xəstəliyin müalicəsində kompleks yanaşma tələb olunur. Maye və Eketrolit balansının təmini, Ekoluzimab, Plazma exchange , Eritrosit kütləsi transfuziyası ( xüsusi hallarda ) vəs .
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com
, , , , , , , , , , ,, , , , ,

✍ Dəyərli İzləyicilər !Sizi, İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Uca Tanrı tutduğunuz ...
10/04/2024

✍ Dəyərli İzləyicilər !
Sizi, İslam dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Uca Tanrı tutduğunuz Oruc , qıldığınız namazları qəbul eləsin.🤲📿
Ramazan Bayramınız mübarək 🕋 .....
Hörmətlə : Dr. Ələmdar Cəfərov.
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com
, , , , ,

31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür!Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmə...
31/03/2024

31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür!
Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləriyik.

Bu gün Baharın rəmzi olan Novruz bayramıdır..⛳ Hər birinzi Novruz bayramı münasibətiylə təbrik edirəm.Süfrəniz ruzili,ev...
20/03/2024

Bu gün Baharın rəmzi olan Novruz bayramıdır..
⛳ Hər birinzi Novruz bayramı münasibətiylə təbrik edirəm.
Süfrəniz ruzili,evlərimiz bərəkətli ,qəlbimizi isə xoş hisslərlə dolsun !!!
🩺Hematoloq Dr. Ələmdar Cəfərov
🏬Tədris Terapevtik Klinikası
📩 dr.alamdar@yahoo.com
, , ,

Address


Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Hematoloq, Dr Cafarov Ə, MD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Hematoloq, Dr Cafarov Ə, MD:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram