Türkiyə Süd Vəzi Fondu

Türkiyə Süd Vəzi Fondu Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Türkiyə Süd Vəzi Fondu, Medical Service, Şişli, Istanbul.

Türkiyə Süd Vezi Fondu(MEVA) Türkiyədə süd vezi sağlamlığı şüurunun inkişaf etdirilməsi, erkən diaqnoz imkanlarının yayılması məqsədiylə 1998.ildə qurulmuşdur.

06/06/2021
Kilolu olmak meme kanseri riskini artırıyor. Meme kanseri teşhisi konmuş olan kadınlar eğer kiloluysalar hastalık daha a...
04/08/2020

Kilolu olmak meme kanseri riskini artırıyor. Meme kanseri teşhisi konmuş olan kadınlar eğer kiloluysalar hastalık daha ağır seyredebiliyor. Bu nedenle mutlaka fazla kilolarınızdan kurtulmanız gerekiyor. (The Impact of Obesity on Breast Cancer Diagnosis and Treatment.Lee. K, Kruper L, et al. Curr Oncol Rep. 2019; 21(5): 41.)

22/05/2020


Müasir insanların ən vacib problemlərindən biri də stresdir. Stres bir çox xəstəliklərə səbəb olur, bunlardan biri də dö...
02/05/2020

Müasir insanların ən vacib problemlərindən biri də stresdir. Stres bir çox xəstəliklərə səbəb olur, bunlardan biri də döş ağrısıdır. Təəssüf ki, gündəlik həyatımızda stresi tamamilə aradan qaldırmaq mümkün deyil, ancaq bəzi yollarla stresin öhdəsindən gələ bilərik. Bunların arasında yoqa, meditasiya kimi üsullar var. Bu günlərdə yayılmış olan başqa bir üsul da "zehinlilik" üsuludur. Bu üsullarla stresimizi məğlub edərək bəzi döş ağrılarımızı aradan qaldıra bilərik. Baxın, burada gördüyünüz elmi araşdırmaya görə xüsusilə menstrual (aybaşı ilə əlaqədar olan) döş ağrısı olan qadınların meditasiya və ya yoqa kimi istirahət üsullarından faydalandıqları bildirilir. (Are patients with mastalgia anxious, and does relaxation therapy help? H. Fox L. Walker S.D.The Breast. 1997 June; (3):138-142).
Əgər varsa, stresinizi bu üsullarla azaldaraq xüsusilə aybaşı ilə bağlı döş ağrılarınızın azaldıla bilməsini təmin edə bilərsiniz. Döş ağrısı haqqında məlumatımız davam edir. Xahiş edirəm bizi izləyin. WhatsApp qrupumuza qoşulun və cavabları dərhal öyrənin.
WhatsApp Qaynar Xəttimiz: 0090533 603 23 94

Tez-tez rast gəldiyimiz suallardan biri də "stres döş ağrısını artırır"mı şəklində olur. Burada gördüyünüz elmi araşdırm...
20/04/2020

Tez-tez rast gəldiyimiz suallardan biri də "stres döş ağrısını artırır"mı şəklində olur. Burada gördüyünüz elmi araşdırmaya görə bəli, stres, narahatlıq və depressiya kimi problemləri olan qadınlarda döş ağrısı daha çox olur. .(Relation between Mastalgia and Anxiety in a Region with High Frequency of Posttraumatic Stress Disorder. Eyüp Murat Yılmaz, Sebahattin Çelik, et al. J Breast Health.2015 Apr; 11(2): 72–75).
Döş ağrısının səbəblərini araşdırarkən mütləq bu psixoloji problemləri nəzərə almalıyıq və müalicəni buna uyğun planlaşdırmalıyıq. Döş ağrısı haqqında məlumatımız davam edir. Xahiş edirəm bizi izləyin. WhatsApp qrupumuza qoşulun və cavabları dərhal öyrənin.
WhatsApp Qaynar Xəttimiz: 0090533 603 23 94

Döş ağrısı qadınlarda ,ən çox xərçəng qorxusu səbəbiylə əhəmiyyət daşıyır. Onun yaratdığı narahatlıq və stress ,ağrının ...
15/04/2020

Döş ağrısı qadınlarda ,ən çox xərçəng qorxusu səbəbiylə əhəmiyyət daşıyır. Onun yaratdığı narahatlıq və stress ,ağrının daha da artmasına səbəb olur. Ancaq bu qorxular boşuna deyildir; nadir olsa da, döş ağrısı ,döş xərçənginin ilk əlaməti ola bilər. Bu səbəblə, bir həkim tərəfindən müayinədən keçməyinizi tövsiyə edirik.
Beləliklə, tez-tez döş ağrısı olan qadınlarda döş xərçəngi riski olub daha artırır?ABŞ-da aparılan bir elmi araşdırmanın nəticələrinə görə, bəli, artmaqdadır və tez-tez aybaşı olan döş ağrısı olan qadınlarda döş xərçəngi inkişaf riski bir qədər artır. Ona görə bütün döş ağrılarına ciddi yanaşmaq lazımdır. Ağrının əsasında hormonal bir balanssızlıq varsa, bu balanssızlığın düzəldilməsi lazımdır. Döş ağrısı haqqında məlumatımız davam edir. Xahiş edirəm bizi izləyin. WhatsApp qrupumuza qoşulun və cavabları dərhal öyrənin.
WhatsApp Qaynar Xəttimiz: 0090533 603 23 94

Döş ağrıları bəzən həddindən artıq qıcıqlandırıcı və ya hətta gündəlik həyat tərzimizə mane ola bilər. ABŞ-da aparılan b...
11/04/2020

Döş ağrıları bəzən həddindən artıq qıcıqlandırıcı və ya hətta gündəlik həyat tərzimizə mane ola bilər. ABŞ-da aparılan bir elmi araşdırmaya görə, döş ağrısının fiziki və cinsi əlaqələrin 40%, ictimai fəallığın 8%, iş və məktəb fəaliyyətlərinin qarşısını aldığı bildirilmişdir.( Prevalence and impact of cyclic mastalgia in a United States clinic-based sample. Ader, DN and Browne, MW. Am J Obstet Gynecol. 1997; 177: 126–132).
Döş ağrısı qadınların məşqlərinə və idmanla məşğul olmalarına da əhəmiyyətli dərəcədə təsir göstərə bilir. Müvafiq büsthalter (lifçik) istifadəsi ilə məşq zamanı döşlərin hərəkət etməsi səbəbindən artan ağrıların böyük ölçüdə qarşısını alına bilər.
Dedik ki, menstruasiya (aybaşı) yaxınlaşdıqda artan və menstruasiya (aybaşı) vaxtı bitən döş ağrısı təhlükə yaratmır. Əgər ağrılı müddət 7 gündən uzun davam edərsə və ağrı 10-dan 4 və daha yuxarıdırsa kliniki olaraq bir döş ağrısından bəhs edə bilərik. Daimi əksikliyi olmayan bir qadın üçün, döş ağrısı bir xəbərdarlıq əlaməti ola bilər və mütləq bir mütəxəssis həkim və rentgen müayinəsindən keçməlidir.

Döş ağrısının ən əhəmiyyətli səbəbi, menstruasiya (xalq arasında bilinen aybaşı) dövründə qadın orqanizmindəki hormonal ...
09/04/2020

Döş ağrısının ən əhəmiyyətli səbəbi, menstruasiya (xalq arasında bilinen aybaşı) dövründə qadın orqanizmindəki hormonal dəyişiklikdir. Qadının menstruasiya keçirməyə başladığı gün yeni menstruasiya (xalq arasında bilinen aybaşı) dövrünün başlanğıcıdır. Başlanan bu aybaşı dövrü, yenidən aybaşı başlyana qədər davam edir. Menstruasiya dövrünün əvvəlində artmağa başlayan estrogen hormonunun səviyyəsi qanda artdıqca, döşlərdəki hüceyrələr çoxalmağa başlayır; döş hüceyrələri su toplayıb şişməyə başlayır. Menstruasiya (xalq arasında bilinen aybaşı) dövrünün ortasında progesteron hormonunun ifraz edilməsi ilə proliferasiya edən döş hüceyrələri süd verməyə başlayaraq inkişaf etməyə başlayır. Odur ki, dövrün ikinci yarısında su tutaraq şişən döş hüceyrələri, menstruasiya (aybaşı) dövrünün sonuna doğru ağrı verməyə başlayır. Yenidən menstruasiya (aybaşı) göründüyü zaman döş içində inkişaf edən şişkinlik bitir və ağrı azalır. Odur ki, menstruasiya yaxınlaşdıqda artan və aybaşı olduğunuz zaman baş veren döş ağrısı hormon mənşəlidir və heç bir təhlükəsi yoxdur.
WhatsApp qrupumuza qoşulun və cavabları dərhal öyrənin.
WhatsApp Qaynar Xəttimiz: 0090533 603 23 94

Döş ağrıları hər bir qadının həyatı boyu ən sıx qarşılaşdığı süd vəzi sağlaçlığı suallarından biridir. Xalq arasında bel...
06/04/2020

Döş ağrıları hər bir qadının həyatı boyu ən sıx qarşılaşdığı süd vəzi sağlaçlığı suallarından biridir. Xalq arasında belə bir deyim var ki, əgər döşün ağrayırsa qorxma. Bu çox yanliş bir fikirdir. Beləki, süd vəzi xərçəngi xəstəliyinə tutulmuş qadınların 15 faizi həkimə döş ağrısı simptomları ilə müraciət edənlərdir. Əgər döş ağrılarının xüsusiyyətlərini bilsəniz, onda bu ağrıların süd vəzi xərçəngi ilə əlaqəsinin olub-olmadığını ayırd edə bilərsiniz. Fəqət, bütün hallarda, döşündə ağrı olan hər bir qadının,bununla əlaqədar, tibbi müayinədən keçməsi gərəklidir. 20 yaşını keçən hər bir qadın, aybaşı bitdiyi zaman, öz-özünü müayinə etməlidir. 3 ildə bir dəfə müayinə üçün mütəxəssis həkimə müraciət edilməlidir. Mütəxəssiz həkimin müayinəsi zamanı, ultrason müayinəsinin də keçirilməsi gərəkdir. 35 yaşından sonra mütəxəssis həkimə müraciətlərin intensivliyi ildə bir dəfə olmalıdır. 40 yaşından sonra isə hər bir müayinə zamanı mamoqrafiya çəkilişi də apatılmalıdır. Döş agrıları ilə əlaqədar biliklərinizi artırmaq istəyirsinizsə, bizi təqib edin.
Whatsapp qrupumuza qatılın və cavabları dərhal öyrənin.
Whatsapp qaynar xəttimiz: 0090533 603 23 94

Address

Şişli
Istanbul

Alerts

Be the first to know and let us send you an email when Türkiyə Süd Vəzi Fondu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Türkiyə Süd Vəzi Fondu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram