
30/04/2025
‼️Qasıq bölgəsində ağrı və cimildəmə varsa, diqqət edin!
🔹İliohipogastrik, İlioinguinal və Genitofemoral Nevralji tipik olaraq qasıq və ge***al bölgədə ağrı və parestezi (iynələnmə, yanma, üşümə hissi) kimi özünü göstərir.
❓Səbəbləri: apandisit, qarın yırtığı, uşaqlıq əməliyyatları, qeysəriyyə əməliyyatı, qarın travmaları, onurğa tüberkülozu və çox dar şalvar geyilməsi kimi hallarla əlaqələndirilə bilər.
📌Müalicədə dərmanlar, antidepressanlar, ağrıkəsicilər, lokal anesteziklər, kortizon enjeksiyaları, radiofrekans tətbiqləri və krioablasiyon metodlarından faydalanıla bilər. Həmçinin, əməliyyatla sinirlərin sıxılma səbəblərinin aradan qaldırılması ilə xəstənin şikayətləri həll oluna bilər.