11/09/2019
Diabetli xəstələrdə hipertoniyanın erkən müalicəsi xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu ürək-damar xəstəliklərinin profilaktikasına və böyrək xöstəliyi ilə diabetik retinopatiyanın inkişafını ləngidir. T2DM xəstələrində arteriyal qan təzyiqinin daha effektiv kontrolu və dar çərçivədə saxlanması bəzən qlikemiyanın sıx kontrolundan daha önəmli hesab edilə bilər.
T2DM xəstələrində hipertoniyanın ilkin terapiyası qeyri-farmakoloji metodlarla, məs., bədən çəkisinin azaldılması, təzə meyvə və tərəvəzin qəbulunun artırılması, az yağlı süd məhsullarından istifadə, fiziki fəaliyyət və ya idman, duz qəbulunun azaldılması, siqaretdən istifadə etməmə və alkoqoldan artıq dərəcədə istifadə etməməklə, nail olmaq olar. Bir sıra qabaqcıl diabet və kardioloji cəmiyyətlərin tövsiyələrinə görə sistolik arteriyal qan təzyiqi (SAT) 130-139 mm c.s. və ya diastolik arteriyal qan təzyiqi (DAT) 80-89 mm c.s. olan xəstələrdə ilkin terapiya məhz qeyri-farmakoloji metodlarla və ya həyat tərzinin modifikasiyası ilə aparılmalıdır. Qeyri-farmakoloji terapiyanın ən azı 3 ay ərzində tətbiqinə baxmayaraq qan təzyiqinin lazımi səviyyədə kontrol edilməməsi müəyyən edilərsə, həmin xəstələrdə farmakoloji terapiya əlavə edilir.
Diabetli xəstələrdə hipertoniya ürək-damar sisteminin ağırlaşmaları riskini artırmış olduğu səbəbindən, davamlı olaraq AT >140/90 mm c.s.-dan yuxarı olan diabetli xəstələrdə anti-hipertenziv preparatla terapiyaya start verilməsi tövsiyə edilir. Bununla yanaşı həmin xəstələrdə həyat tərzinin modifikasiyası və ya qeyri-farmakoloji terapiya da başlanmalıdır (davam etdirilməlidir). Qeyri-farmakoloji terapiyanın uğurlu tətbiqi isə sonradan antihipertenziv preparatın dozasının və ya bir neçə preparat istifadə edildikdə, onların sayının azaldılmasına imkan verə bilər.
İntensiv farmakoloji terapiyanın tətbiqi birmənalı olaraq faydalı və qoruyucu funksiya daşıyır. Bir çox kliniki tədqiqatlarda, o cümlədən, UKPDS, ADVANCE və HOT tədqiqatlarında, T2DM olan xəstələrdə arteriyal təzyiqinin daha sıx kontrol edilməsinin faydası sübuta yetirilmişdir.
UZM. DR. RƏŞAD HÜSEYNOV - Kardioloq
Əlaqə nömrəsi: 050 444 75 75