Uzman Ürək-damar cərrahı Dr. Sərxan Həsənov

Uzman Ürək-damar cərrahı Dr. Sərxan Həsənov Ürək-damar cərrahı | Cardiovascular surgeon

1 iyun münasibəti ilə bütün uşaqları təbrik edirəm. Xoşbəxt, sevincli, sağlam və uğurlu bir həyat yolu arzu edirəm.🥳🎈   ...
01/06/2020

1 iyun münasibəti ilə bütün uşaqları təbrik edirəm. Xoşbəxt, sevincli, sağlam və uğurlu bir həyat yolu arzu edirəm.🥳🎈

🇦🇿 28 May – Respublika Gününüz mübarək! ̈nü        ***a
28/05/2020

🇦🇿 28 May – Respublika Gününüz mübarək!

̈nü ***a

Allah oruc və dualarınızı qəbul etsin🙏Ramazan Bayramınız mübarək❕         🇦🇿
24/05/2020

Allah oruc və dualarınızı qəbul etsin🙏
Ramazan Bayramınız mübarək❕

🇦🇿

Tarixi Qələbəyə mühüm töhvələr vermiş Azərbaycan xalqını - 9 May Faşizm üzərində Qələbə Günü münasibəti ilə təbrik edir,...
09/05/2020

Tarixi Qələbəyə mühüm töhvələr vermiş Azərbaycan xalqını - 9 May Faşizm üzərində Qələbə Günü münasibəti ilə təbrik edir, yeni qələbə müjdəli sabahlar arzu edirəm!👏👏👏

Ürəyin işemik xəstəliyinin simptomları xəstəliyin konkret formasından asılıdır (miokard infarktı, stenokardiya).Ümumilik...
27/04/2020

Ürəyin işemik xəstəliyinin simptomları xəstəliyin konkret formasından asılıdır (miokard infarktı, stenokardiya).

Ümumilikdə ürəyin işemik xəstəliyi dalğavari gedişə malikdir: ümumi halın stabil normal olduğu dövrlər işemiyanın kəskinləşmə epizodları ilə növbələşir. Lakin pasiyentlərin 1/3 hissəsi (xüsusən miokardın ağrısız işemiyasında) ÜİX-nin olmasını qətiyyən hiss etmir. Ürəyin işemik xəstəliyi ləng proqressivləşə bilər; buna baxmayaraq, xəstəliyin forması və müvafiq olaraq əlamətlərin dəyişməsi mümkündür.

🔻ÜİX-nin ümumi təzahürlərinə fiziki yüklənmə və ya stresslə bağlı döş sümüyü arxasında, kürək, qol, aşağı çənədə yaranan ağrılar; təngnəfəslik, ürəkdöyünmənin tezləşməsi və ya ürək fəaliyyətində fasilələrin olması hissi, halsızlıq, ürəkbulanma, başgicəllənmə, huşun itirilməsi və bayılmalar, həddindən artıq tərləmə aiddir. Əksər hallarda ÜİX xroniki ürək çatışmazlığının inkişaf mərhələsində aşağı ətraflarda ödemlərin yaranması, pasiyenti oturaq vəziyyət almağa məcbur edən ifadəli təngnəfəslik zamanı aşkarlanır.

Ürəyin işemik xəstəliyinin sadalanan əlamətləri adətən eyni zamanda rast gəlinmir, xəstəliyin müvafiq formasında işemiyanın bu və ya digər təzahürlərinin üstünlüyü müşahidə edilir.

►ÜİX-də ürəyin birincili dayanmasının xəbərdaredici əlamətlərinə döş sümüyü arxasında tutmaşəkilli diskomfort hissi, ölüm qorxusu, psixoemosional labillik aiddir. Qəfləti koronar ölüm zamanı pasiyent huşunu itirir, tənəffüsü dayanır, magistral (yuxu, bud) arteriyalarda nəbz izlənilmir, ürək tonları eşidilmir, bəbəklər genişlənir, dəri örtükləri solğun-boz rəng alır.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

***a

Əksər hallarda qəfləti ürək ölümü (QÜÖ) ürəkdə ritm pozğunluqu nəticəsində, xəstəxanadan kənar şəraitdə, bir neçə saniyə...
16/04/2020

Əksər hallarda qəfləti ürək ölümü (QÜÖ) ürəkdə ritm pozğunluqu nəticəsində, xəstəxanadan kənar şəraitdə, bir neçə saniyədən bir (bəzən 24 saat hesab edirlər) saatadək müddətdə, son vaxtlar ciddi səhhət problemi olmayan adamlarda baş verdiyi hal hesab olunur.

Ürəyin işemik xəstəliyinin (ÜİX) çox yayıldığı ölkələrdə və xüsusən kişilər arasında Qəfləti ürək ölümü daha çox təsadüf edilir. Saat 6 – 12 arası,ilin soyuq aylarında (dekabr, yanvar) işləyənlər və stress faktorlarının təsirindən daha çox rast gəlinir. 80 % halda ürək damarları normal olmur. İnsanda xronik ürək çatışmazlığının olması, ürəyin böyüməsilə gedən ürək əzələsinin xəstəlikləri, ürək ritmini pozan bəzi dərmanların nəzarətsiz istifadəsi Qəfləti ürək ölümünə səbəb ola bilər.

Qəfləti ürək ölümünün endogen səbəbləri isə aşağıdakılardır:

📌Koronar arteriyaların aterosklerozu. QÜÖ-nin 35,6%-i kardiosklerozun payına düşür.
📌Ötürücülüyün pozulması. Adətən qəfləti asistoliya müşahidə edilir. Ürək-ağciyər reanimasiyası tədbirləri az effektivdir. Patologiya ürəyin ötürücü sisteminin üzvi zədələnmələrində baş verir. Faiz nisbətində ötürücülüyün pozulması ürək ölümlərinin ümumi sayının 23,3%-ni təşkil edir.
📌Kardiomiopatiyalar. 14,4% hallarda aşkarlanır. Koronar arteriyalar sistemini zədələmədən ürək əzələsinin struktur və funksional dəyişiklikləri ilə səciyyələnir. Şəkərli diabet, tireotoksikoz, xroniki alkoqolizm zamanı izlənilir.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

Kardiomiopatiya  ürəyin aktiv funksionallığının pozulmasıdır.Kardiomiopatiyalar uzun müddətli yüksək təzyiq, ürək-qapaq ...
13/04/2020

Kardiomiopatiya ürəyin aktiv funksionallığının pozulmasıdır.

Kardiomiopatiyalar uzun müddətli yüksək təzyiq, ürək-qapaq problemləri, ürək əzələsinin əvvəlki infarktdan zədələnməsi, xronik sürətli ürək vurğuları, diabet və qalxanabənzər vəz xəstəlikləri, vitamin və mineral çatışmazlıqları, hamiləlik, alkoqolizm və s. səbəblərdən yaranır.

Kardiomiopatiyalar ürək əzələsinin xəstəliyi olmaqla üç əsas növü var:

📌Dilatasion – Bu halda ürəyin əsas motor funksiyası rolunu oynayan sol mədəcik genişlənir. Onun yığılma funksiyası zəifləyir və qan asanlıqla dövr edə bilmir. Bu hər yaşda olan insanları zədələyə bilər.
📌Hipertrofik – Bu tip kardiomiopatiyalarda ürək əzələsi qeyri normal böyüyür. Nəticədə ürəyin nasos funksiyası zədələnir. Hipertrofik kardiomiopatiya hər yaşda inkişaf edə bilər. Lakin uşaq vaxtı inkişaf edərsə daha kəskin keçir.
📌Restriktiv – Restriktiv miopatiyalı insanların ürək əzələsi rigidləşir və elastikliyini itirir və diastola zamanı lazım olan qədər boşala bilmir, nəticədə qanla kifayət qədər dola bilmir.

👉Əlamətlər aşağıdakılardır:
Tənginəfəslik, hətta sakit halda da
Ayaqların şişkinliyi
Qarınboşluğunun maye ilə dolması
Üzülmə
Qeyri-requlyar ürəkdöyünməsi
Başgicəllənmə, huşun itməsi

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

Kardioreabilitasiya yəni kardioloji bərpa, yaşından asılı olmayaraq hər bir pasiyent üçün və bir çox ürək xəstəlikləri z...
09/04/2020

Kardioreabilitasiya yəni kardioloji bərpa, yaşından asılı olmayaraq hər bir pasiyent üçün və bir çox ürək xəstəlikləri zamanı məqsədə uyğundur.

🔹Kardioreabilitasiyanın məqsədi bu və ya digər keçirilmiş ürək xəstəliyindən və ya ürək cərrahi müdaxiləsindən sonra sağlamlığın bərpasından ibarət olan, pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanan tapşırıqlardan, tədbirlərdən və təlimdən ibarət olan bir proqramdır.
Bu proqramı orqanizmin əvvəlki qabiliyyətlərinin, itirilmiş güclərin bərpasına, həmçinin, ilk növbədə, gələcəkdə ürək ağırlaşmalarının residivləri riskinin profilaktikasına yönəlmişdir.

📌Xüsusilə, əgər siz, aşağıda qeyd edilmiş xəstəliklərdən hər hansı birindən əziyyət çəkirsinizsə, o zaman, kardiolojireablitasiya ən effektiv seçimdir.

- Miokard infarktı;
- Bəzi anadangəlmə ürək xəstəlikləri;
- Ürək çatışmazlığı;
- Aorta koronar şuntlama əməliyyatı;
- Stenokardiya;
- Angioplastika və ya stent qoyma;
- Miokarditlər;
- Ürək köçürülməsi;
- Kardiomiopatiyalar;
- Ürək qapaqlarının dəyişdirilməsi üzrə əməliyyat.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

Hər il Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mö...
07/04/2020

Hər il Dünya Səhiyyə Təşkilatının prioritet hesab etdiyi sağlamlığa aid qlobal miqyasda vacib əhəmiyyət kəsb edən bir mövzuya həsr olunan ``Dünya Sağlamlıq Günü``- biz də pandemiyanın yaratdığı çətin dövrdə irqindən, cinsindən və dinindən asılı olmayaraq planetin bütün sakinlərinin sağlamlığının qorunması və əmin-amanlığının təmin edilməsi üçün birgə fəaliyyət göstərməyə xidmət edən qlobal bu tədbirə sağlamlıq qaydalarına əməl edərək, düzgün həyat tərzi və sağlam qidalanma vərdişlərinə yiyələnərək dəstək olmalıyıq.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

Xüsusi karantin günlərində evdə televizor qarşısında saatlarla əyləşmək, divanda uzunmüddət hərəkətsiz qalmaq yerinə sağ...
06/04/2020

Xüsusi karantin günlərində evdə televizor qarşısında saatlarla əyləşmək, divanda uzunmüddət hərəkətsiz qalmaq yerinə sağamlığınız, güclü immun sistemi üçün yüngül idmanla məşğul ola, fiziki aktiv vəziyyətdə ola bilərsiniz.

📌 Hərəkətsizlik və idmandan uzaq həyat ürəyin ən böyük düşmənidir. İdman həm gənclər, həm də yaşlılar üçün çox faydalıdır. Lakin özünü bütün günü idmana həsr etmək də düzgün deyil. Sağlam ürək üçün daimi və lazmi qədər məşq etmək lazımdır.

Həmçinin nizamlı və balanslı qidalanın. Xüsusəndə A, B, C, E, D vitaminləri və müxtəlif mineralları ehtiva edən qidalar yeyin. Bolca su için.
- Limon, portağal, narıngi (mandarin), kivi, itburnu, cəfəri, şüyüd, duza qöyulmiş kələmin tərkibində çox miqdarda askorbin turşusu (vitamin S) vardır ki, o da orqanizmin infeksiyalardan, soyuqdəymədən və digər zərərli faktorlarının təsirindən qoruyur.
- Gündəlik olaraq süd məhsulları (kefir, yoqurt, təbii kəsmik) qəbul etmək lazımdır.
- Dəniz məhsulları immunitetin gücləndirilməsində böyük rol oynayır.
- Normal yuxu rejiminə əməl edin. Minimum 6-8 saat yatmağa və hər gün eyni saatlarda yatağa girməyə çalışın.

Karantin qaydalarına əməl edərək Evdə Qalın, özünüzü və sevdiklərinizi təhlükəyə atmayın❗
Biz sizin üçün burdayıq. Siz də bizim üçün Evdə qalın❗

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

İlk öncə bilməlisiniz ki, ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli şə...
04/04/2020

İlk öncə bilməlisiniz ki, ürək damarlarının tıxanıqlığı infarktın əsas səbəblərindən biridir. Tıxanma tədricən, gizli şəkildə ağrısız başlaya bilir və illərlə davam edir. Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir. Ürək-damar tıxanıqlığının ilkin əlamətləri arasında tam döş sümüyünün arxasındakı ağrını misal göstərə bilərik. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnməyin vaxtıdır.

Bu daralma yaxud tıxanmaların təhlükəli məqamı odur ki, xəstənin heç bir şikayəti olmur, heç bir əlamət vermir və xəstəlik təsadüfən aşkar olunur. Ona görə insanlar, xüsusən kişilərin ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatdırmaları tövsiyə olunur.

🔴Əgər tıxanan damarların sayı artarsa artıq əməliyyat qaçınılmaz olur. Bunun üçün unutmayın ki, siqaret, içki, stress, hərəkətsizlik, artıq çəki, p*s qidalanma, şəkər xəstəliyi və s. səbəblər damarları zamanla tıxayır və bunlardan mümkün qədər qaçınılmalıdır.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası

Atrial Septal Qüsur (defekt) (ASD) yəni Qulaqcıqlararası çəpər qüsuru – sağ və sol qulaqcıqlar arasında patoloji əlaqəni...
02/04/2020

Atrial Septal Qüsur (defekt) (ASD) yəni Qulaqcıqlararası çəpər qüsuru – sağ və sol qulaqcıqlar arasında patoloji əlaqənin olması ilə xarakterizə edilən anadangəlmə ürək anomaliyasıdır. Qısacası Qulaqcıqlararası çəpərin tam inkişaf etməməsi nəticəsində arakəsmənin açıq qalmasına səbəb olan anadangəlmə ürək qüsuru xəstəliyidir. Anadangəlmə ürək qüsurlarının orta hesabla 7%-ni təşkil edir (əsasən qadınlarda).

►Patologiya təngnəfəslik, tez yorulma, fiziki inkişafın ləngiməsi, ürəkdöyünmə, dərinin solğunluğu, ürəkdə küylər, «ürək donqarı», tez-tez təkrarlanan respirator xəstəliklərlə təzahür edir. Əsasən patologiya sol və sağ qulaqcıq boşluqlarını ayıran arakəsmədə qanın patoloji atımına, ürəkdaxili və sistem hemodinamikasının pozulmasına gətirib çıxaran bir və ya bir neçə dəliyin olması ilə səciyyələnir.

Defektin formalaşması embrional dövrdə birincili və ya ikincili qulaqcıqlararası arakəsmənin və endokardial yastıqların inkişafının pozulması ilə əlaqədardır. Orqanogenezin pozulmasına genetik (irsi), fiziki, ekoloji və infeksion (hamilə qadının virus xəstəlikləri) amillər səbəb ola bilər.

ASD zamanı sağ və sol qulaqcıqları bir birindən ayıran çəpərdə dəlik olur (arakəsmə açıq qalır). Hansı ki, bu dəlik vasitəsilə ilə təmiz qan çirkili qana qarışır. Əgər defektən keçən qan miqdarı müəyyən bir həddən çoxdursa defekt qapadılmalıdır. Əks halda bu, gələcəkdə ürək çatışmazlığı kimi fəsadlarla səbəb ola bilər. Defektin quruluşu imkan verərsə dəlik əməliyyatsız yolla, (transkateter yolla) bağlanıla bilər.
▶️Hazırda bu qüsurun təxminən 80%-i qapalı yolla- transkateter- damardan iynə ilə keçməklə müalicə edilir. Bu yolla müalicə edilən xəstələrdə heç bir kəsiyə ehtiyac olmur, əməliyyat sonrası isə hər hansı çapıq izi qalmır.

Ətraflı məlumat üçün:
📞 Telefon: (+994) 55 500 71 14
📍 Ünvan: Gəncə Beynəlxalq Xəstəxanası
***a

Address

Adnan Menderes Mahallesi Ufuk Sok No7 Merkez/Yalova
Yalova
77100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Uzman Ürək-damar cərrahı Dr. Sərxan Həsənov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Uzman Ürək-damar cərrahı Dr. Sərxan Həsənov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category