Suraxanı Tibb Mərkəzi

Suraxanı Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

Yeni ilimizdə hər kəsə sağlamlıq, sevinc, uğur və xoşbəxtlik dolu günlər arzu edirik!2026-cı il sağlam gəlsin!Bayramınız...
01/01/2026

Yeni ilimizdə hər kəsə sağlamlıq, sevinc, uğur və xoşbəxtlik dolu günlər arzu edirik!

2026-cı il sağlam gəlsin!

Bayramınız mübarək! 🎄

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik!
31/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik. Birliyimiz, mi...
31/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik.

Birliyimiz, milli dəyərlərimiz və ortaq kimliyimiz daim möhkəm olsun!

Günümüz mübarək!

31/12/2025
Suraxanı Tibb Mərkəzində ilin yekun iclası keçirilibTədbirdə müəssisənin direktoru Tərlan Bəbirov, baş həkim Əhsən Yusif...
29/12/2025

Suraxanı Tibb Mərkəzində ilin yekun iclası keçirilib
Tədbirdə müəssisənin direktoru Tərlan Bəbirov, baş həkim Əhsən Yusifov, direktorun inzibati məsələlər üzrə müavini Ceyhun Talıbov, şöbə və bölmə müdirləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan direktor Tərlan Bəbirov çıxış edərək 2025-ci ildə əldə olunmuş nailiyyətlər, mövcud problemlər və gələcək perspektivlər barədə danışıb. O, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bütün əməkdaşları təbrik edib.
Direktorun inzibati məsələlər üzrə müavini Ceyhun Talıbov 2025-ci ilin yekunları barədə çıxış edərək inzibati hissə üzrə məlumat və hesabatı iclas iştirakçılarının diqqətinə çatdırıb.
Sonda il ərzində nümunəvi şöbə və bölmələr təltif olunub.

Suraxanı Rayon İcra Hakimiyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə keçirdiyi “Konstitusiya və suverenlik ili” çə...
27/12/2025

Suraxanı Rayon İcra Hakimiyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə keçirdiyi “Konstitusiya və suverenlik ili” çərçivəsində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Milli həmrəylik və dövlətçilik” adlı tədbir keçirilmişdir

Bayram tədbiri çərçivəsində rayonun ictimai həyatında fəal iştirakı və səmərəli fəaliyyətinə görə bir qrup şəxs Suraxanı Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif olunub.

Mükafatlandırılanlar arasında mərkəzimizin direktoru Tərlan Bəbirovda yer alıb.

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür. 107 il əvvəl, 1918-ci il dekabrın 26-da P...
26/12/2025

Dekabrın 26-sı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranma günüdür. 107 il əvvəl, 1918-ci il dekabrın 26-da Poçt, Teleqraf və Əmək Nazirliyi kimi fəaliyyətə başlayan nazirlik həmin dövrdə işçilərin əmək haqlarının, müavinətlərin ödənilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsi və digər sahələrdə bir sıra tədbirlər həyata keçirib. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza və reabilitasiya, övladlığagötürmə, himayədar ailə sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Faciə nəticəsində həyatını itirmiş ...
25/12/2025

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür.
Faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

Bu gün Prezident İlham Əliyevin doğum günüdür.Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər ...
24/12/2025

Bu gün Prezident İlham Əliyevin doğum günüdür.

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsil alıb.1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar seçkilərdə də İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti, diplomatik məharəti, prinsipiallığı və dəmir iradəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi ilə başa çatdı. İlham Əliyev 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Suraxanı Tibb Mərkəzi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı və fəaliyyətində uğurlar arzulayırıq!

✔ Ləyaqət, saf niyyət və xeyirxah ürək ❤️ — Uca Tanrının sözsüz eşitdiyi ali dualardır.Uca Allah Sizi və xalqımızı qorus...
24/12/2025

✔ Ləyaqət, saf niyyət və xeyirxah ürək ❤️ — Uca Tanrının sözsüz eşitdiyi ali dualardır.
Uca Allah Sizi və xalqımızı qorusun! 🤲❤️
✔ Dignity, Sincerity in Every Intention and Kind Heart ❤️ - those are supreme prayers with no words heard by the Almighty. May the Almighty Allah Bless You and Our People!🤲❤️
✔ Достоинство, чистота помыслов и доброе сердце ❤️ – это молитва без слов, которую слышит Всевышний. Пусть Великий Аллах хранит Вас и наш народ! 🤲❤️

Address

Bakı, Suraxanı. Yeni Günəşli Qəsəbəsi A-B Yaşayış Massivi, 355, 4772004
Baku
AZ1133

Alerts

Be the first to know and let us send you an email when Suraxanı Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Suraxanı Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram