Şəki RMX PHŞ

  • Home
  • Şəki RMX PHŞ

Şəki RMX PHŞ ŞƏKİ RAYON MƏRKƏZİ XƏSTƏXANASI

Sağlamlığınızı və başqalarının həyatını riskə atmayın!Spirtli içkinin təsiri altında sükan arxasında əyləşməyin!
02/01/2026

Sağlamlığınızı və başqalarının həyatını riskə atmayın!

Spirtli içkinin təsiri altında sükan arxasında əyləşməyin!

Yeni ilimizdə hər kəsə sağlamlıq, sevinc, uğur və xoşbəxtlik dolu günlər arzu edirik!2026-cı il sağlam gəlsin!Bayramınız...
01/01/2026

Yeni ilimizdə hər kəsə sağlamlıq, sevinc, uğur və xoşbəxtlik dolu günlər arzu edirik!

2026-cı il sağlam gəlsin!

Bayramınız mübarək! 🎄

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik. Birliyimiz, mi...
31/12/2025

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı səmimi-qəlbdən təbrik edirik.

Birliyimiz, milli dəyərlərimiz və ortaq kimliyimiz daim möhkəm olsun!

Günümüz mübarək!

Bayram günlərində yeməklərə diqqət edək!Bayram süfrələri zəngin və cəlbedici olsa da, sağlamlığımız hər zaman ön planda ...
30/12/2025

Bayram günlərində yeməklərə diqqət edək!

Bayram süfrələri zəngin və cəlbedici olsa da, sağlamlığımız hər zaman ön planda olmalıdır.
• Bir dəfəyə çox yemək əvəzinə az-az və tez-tez qidalanın

• Tərəvəz və yüngül yeməklərə süfrədə üstünlük verin

• Şirin və yağlı qidalardan ölçülü istifadə edin

• Gün ərzində kifayət qədər su için

• Gec saatlarda ağır yeməklərdən çəkinin

Unutmayaq ki, düzgün qidalanma bayram sevincini sağlam şəkildə yaşamağa kömək edir.

hər kəsə sağlam və təhlükəsiz bayram günləri arzulayırıq.

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBayram g...
30/12/2025

Bayram günlərində təcili və təxirəsalınmaz tibbi yardım xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bayram günlərində əhalinin sağlamlığının qorunması məqsədilə TƏBİB rəhbərliyi tərəfindən tibb müəssisələrinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların təcili tibbi yardıma fasiləsiz çıxışını təmin etmək üçün müvafiq təşkilati tədbirlər görülüb.
Bundan əlavə, tibb müəssisələrində təcili təxirəsalınmaz tibbi yardım, reanimasiya və intensiv terapiya, təxirəsalınmaz cərrahi yardım, travmatoloji yardım, kardioloji və nevroloji təcili yardım, toksikoloji yardım, təcili pediatrik yardım, təcili mamalıq-ginekoloji yardım, habelə laboratoriya və radioloji təxirəsalınmaz diaqnostika xidmətlərinin gücləndirilmiş iş rejimində fəaliyyəti təmin ediləcəkdir.
Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qeyri-iş günlərində xidmətin operativliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik sistemi təşkil olunub, həkim briqadalarının sayı mövcud ehtiyaclara uyğun olaraq formalaşdırılıb. Təcili tibbi yardım briqadaları tibbi avadanlıqlar, dərman preparatları və digər zəruri tibbi vasitələrlə tam təmin edilib.
Hazırda Bakı şəhəri üzrə təxminən 140 təcili tibbi yardım briqadası, ölkənin 61 regionu üzrə isə 270-ə yaxın briqada xidmətə hazır vəziyyətə gətirilib.
Bayram günlərində həm ölkə daxilindən, həm də xarici ölkələrdən, xüsusilə Bakı şəhərinə gələn şəxslərin sayında artım müşahidə olunduğundan, maddi-texniki təminat və kadr resursları bu artıma uyğun şəkildə planlaşdırılıb.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin fasiləsiz, operativ və səmərəli fəaliyyəti nəzarətdə saxlanılacaq, fövqəladə hallara çevik reaksiya verilməsi təmin ediləcəkdir.

2025-ci il 23, 24, 25 və 26 tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının psixoloqları Coşğun Salahlı, Fəhmin Müzəffərl...
26/12/2025

2025-ci il 23, 24, 25 və 26 tarixlərində Şəki Rayon Mərkəzi Xəstəxanasının psixoloqları Coşğun Salahlı, Fəhmin Müzəffərli və Aysel Əbdürrəhimli tərəfindən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan Şəki rayonunun ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri üçün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramı” mövzusunda maarifləndirici söhbətlər aparılıb.

Maarifləndirici görüşlər zamanı şagirdlərə narkotik vasitələrin insan sağlamlığına, psixoloji vəziyyətinə və sosial həyata vurduğu zərərlər barədə ətraflı məlumat verilib. Həmçinin sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və riskli hallarla qarşılaşdıqda mütəxəssislərə müraciət etməyin vacibliyi diqqətə çatdırılıb. Görüşlər interaktiv formada keçirilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

26/12/2025

Şəki Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsindən

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür. Faciə nəticəsində həyatını itirmiş ...
25/12/2025

AZAL-a məxsus sərnişin təyyarəsinin faciəli şəkildə qəzaya uğramasından bir il ötür.
Faciə nəticəsində həyatını itirmiş şəxslərin xatirəsini dərin hüzn və ehtiramla yad edirik.

25/12/2025
Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir. Sağlam nəslin fo...
25/12/2025

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdən biridir. Sağlam nəslin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında bu mövzu mühüm istiqamət kimi daim diqqət mərkəzində saxlanılır. Bu mübarizə sağlam gələcəyimiz naminə hər bir vətəndaşın məsuliyyət hissindən irəli gələn vətəndaş borcudur.

Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli, 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə üzrə 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrası məqsədilə Şəki Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən İlkin Səhiyyə Xidməti əməkdaşları tərəfindən şəhər və kənd ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri üçün maarifləndirici tədbirlər keçirilir.

Ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsi bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqenin göstəricisidir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyən etdiyi strategiya uğurla həyata keçirilir, gənc nəslin sağlam, milli və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində ardıcıl və qətiyyətli addımlar atılır.

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğ...
25/12/2025

TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu Medianın İnkişafı Agentliyi tərəfindən Prezident İlham Əliyevin fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" medalı ilə təltif olunub.
Bu münasibətlə onu təbrik edir, işgüzar fəaliyyətində uğurlarının davamını diləyirik.

Address

???? Şəki şəhəri Zərifə Əliyeva 177

AZ5504

Telephone

+994242451173

Website

https://www.tabib.gov.az/

Alerts

Be the first to know and let us send you an email when Şəki RMX PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şəki RMX PHŞ:

  • Want your practice to be the top-listed Clinic?

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram